Bu günlərdə Moskvadakı Konqres-mərkəzdə
Beynəlxalq Mühəndislik Akademiyasının (BMA)
illik hesabat yığıncağı keçirilmiş və tədbirdə
qurumun 2010-2011-ci illər üzrə hesabatı
dinlənilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə hesabat
məruzəsi ilə akademiyanın prezidenti, akademik
B.Qusev çıxış etmişdir.
Hesabat məruzəsi ətrafında aparılan
müzakirələrdən sonra təşkilati məsələlərə
baxılmış və yekdilliklə akademik B.Qusev yenidən
akademiyanın prezidenti, akademik Arif Paşayev
isə BMA-nın vitse-prezidenti seçilmişlər.
BMA-nın yaradılmasının 20 illik yubileyinə həsr
olunmuş tədbirdə akademiyanın üzvlərinə
mükafatlar verilmişdir.
Akademik Arif Paşayev akademiyanın ən yüksək
mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq
görülmüşdür. Əhəd Canəhmədov BMA-nın "Böyük
qızıl", Arif Mehdiyev və Havar Məmmədov
"Mühəndislik rəşadəti", Natiq Cavadov və
Hüseynqulu Bağırov "Mühəndislik şöhrəti",
Gülçöhrə Məmmədova isə "BMA-nın XX illik
yubileyi" medallarına layiq görülmüşlər.
BMA-ya Azərbaycandan 6 yeni üzv - Əli Abbasov,
Hüseynqulu Bağırov, Gülçöhrə Məmmədova (həqiqi
üzv), Qərib Məmmədov, Rövnəq Abdullayev və
Ədalət Səmədov (müxbir üzv) seçilmişlər. |