Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - ¹42

 

Ölkəmizin ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsi müzakirə olunub

 

 Oktyabrın 21-də Təhsil Nazirliyində ölkəmizin ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, şahmat üzrə tanınmış mütəxəssislər və ixtisaslaşmış şahmat məktəblərinin rəhbərləri iştirak ediblər.

İştirakçıları salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nı ölkəmizdə bu sahəyə olan diqqət və qayğının əyani təzahürü kimi səciyyələndirib. Respublikamızda şahmatın inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində həyata keçirdiyi möhtəşəm tədbirlərə toxunan nazir ölkə şahmatçılarının qazandığı nailiyyətlər barədə məlumat verib.

Təhsil Nazirliyi sistemində 66 uşaq-gənclər şahmat məktəbinin fəaliyyət göstərdiyini qeyd edən nazir bu məktəblərdə 2648 qrupda 36 mindən çox məktəblinin şahmatın sirlərini öyrəndiyini nəzərə çatdırıb. Misir Mərdanov şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir inventar, avadanlıq, kompüter, dərslik və dərs vəsaitləri ilə tam təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, son illər bir çox rayonlarda yeni uşaq-gənclər şahmat məktəblərinin tikilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Respublikamızın ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin aktuallığını diqqətə çatdıran təhsil naziri Dövlət Proqramına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün görüləcək işlərin müəyyənləşdirilməsi məsələlərinə toxunub. Bu məqsədlə müvafiq tədris proqramının hazırlanmasının, məktəblərdə həmin fənni tədris edəcək müəllimlərin seçilməsinin zəruriliyini vurğulayan təhsil naziri, həmçinin dünya təcrübəsinin dərindən öyrənilməsinin gərəkli olduğunu bildirib. Nazir, ilk növbədə, bu yeniliyin tətbiq olunacağı məktəblərin seçilməsi və qazanılmış təcrübə əsasında digər ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələlərinə baxılmasının daha səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.

Misir Mərdanov qeyd olunan məsələlərlə bağlı Azərbaycan Şahmat Federasiyasının Təhsil Nazirliyinə göndərdiyi təklifləri diqqətə çatdırıb, qarşıda duran müvafiq vəzifələrin həlli üçün tapşırıq və tövsiyələrini verib.

Belə bir tədbirin keçirilməsinə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov şahmatın inkişafına verilən dövlət dəstəyinə görə beynəlxalq aləmdə Azərbaycan təcrübəsinin yaxşı bir nümunə kimi qəbul olunduğunu qeyd edib. Bu baxımdan əldə edilmiş uğurlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərinin layiqli yer tutduğunu bildirən F.Həsənov artıq dünyanın qabaqcıl ölkələrinin orta məktəblərində şahmatın müstəqil fənn kimi tədris olunduğunu nəzərə çatdırıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisinin xalqın intellektual potensialının inkişafı və istedadlı gənclərin üzə çıxarılması baxımından əhəmiyyətindən bəhs edib, bu işin şagirdlərin asudə vaxtının səmərəli təşkilinə əlverişli zəmin yaradacağını vurğulayıb.

Daha sonra orta məktəblərdə şahmatın tədris olunmasına dair fikir mübadiləsi aparılıb, bu məsələnin həlli ilə bağlı bir sıra təkliflər səsləndirilib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov