Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - ¹42

 

Tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib

 

Oktyabrın 21-də Təhsil Nazirliyində nazirliyin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Təhsil Problemləri İnstitutunda müvafiq mövzular əhatə olunmaqla aparılacaq tədqiqat işlərinin mühüm əhəmiyyəti olacağını qeyd edib. Bugünkü iclasda seçilmiş mövzuların rəhbərlərinin iştirak etdiyini bildirən təhsil naziri onların həmin tədqiqat sahəsi üzrə fikirlərinin dinlənilməsinin məqsədəuyğunluğunu vurğulayıb. Nazir ötən iclasda müzakirə edilən mövzulara yenidən baxıldığını diqqətə çatdıraraq bu barədə ətraflı məlumat vermək üçün sözü Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabova verib. 

A.Mehrabov yerinə yetiriləcək tədqiqat mövzuları ilə bağlı müvafiq təkmilləşdirilmə işlərinin aparıldığını və yekun olaraq on səkkiz mövzunun müəyyənləşdirildiyini açıqlayıb. İnstitut direktoru qeyd olunan mövzuların ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi nəticələrinin, həmin siniflərdə dərsin bir müəllim və ya fənlər üzrə ayrı-ayrı müəllimlər tərəfindən aparılmasının müqayisəli təhlili, beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin təşkili, təlim prosesində yeni pedaqoji texnologiyalardan, İKT-dən istifadənin elmi əsasları və təlimin keyfiyyətinə təsiri, ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi, qiymətləndirmə standartlarının təkmilləşdirilməsi  və qiymətləndirmə vasitələrinin tədqiqi,  habelə  təhsilin  digər  sahələrini əhatə etdiyini bildirib. A.Mehrabov eyni zamanda  nəzərdə  tutulan  tədqiqat  mövzularında  toxunulacaq  məsələlər və onların mahiyyəti   ilə   iştirakçıları   tanış   edib.

Sonra tədqiqat mövzuları üzrə icraçılar - Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin İbtidai təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova, Tətbiqi Tədqiqatlar, Monitorinq və Qiymətləndirmə Mərkəzinin Qiymətləndirmənin məzmunu və vasitələri şöbəsinin müdiri Elxan Bəylərov rəhbəri olduqları tədqiqat mövzuları barədə məlumat verib və gözlənilən nəticələri diqqətə çatdırıblar. Eyni zamanda icraçılar onlara ünvanlanan sualları cavablandırıblar.

Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunda yerinə yetirilməsi nəzərdə tutulan mövzularla bağlı tövsiyə və tapşırıqlarını verib,  həmin mövzuların adlarında müəyyən dəyişiklik aparıldıqdan və Təhsil Nazirliyinin aidiyyəti şöbələri ilə müzakirə edildikdən sonra qəbul edilməsinin məqsədəuyğunluğunu qeyd edib. Nazir həmçinin aparılan tədqiqatların müxtəlif mənbələr hesabına stimullaşdırılması məsələsinə toxunub.

İclasda tədqiqat mövzuları ilə bağlı rəy və təkliflər səsləndirilib, həmin təkliflərin nəzərə alınması qeyd olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov