İlk peşə-ixtisas təhsili müəssisələri
şagirdlərinin ifa mədəniyyətlərini yüksəltmək,
musiqi alətlərində Azərbaycan bəstəkarlarının
əsərlərinin, xalq mahnılarının səsləndirilməsi
istiqamətində aparılan işləri daha da
yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri
üzə çıxarmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr olunmuş ilk
peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri
arasında ifa üzrə II Respublika müsabiqəsi
keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və Təşkilat
Komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi
(A.İbrahimov) və Texniki peşə təhsili şöbəsi (N.Məmmədov)
müsabiqənin yüksək səviyyədə təşkili və
keçirilməsini təmin etsinlər.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin
respublika mərhələsinin keçirilməsi ilə bağlı
xərclərin ödənilməsini təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və əlavələrlə birlikdə nazirliyin
İnternet səhifəsində yerləşdirilməsini təmin
etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmr və əlavələrin
çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini
Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il |