"Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci ildönümünün
təhsil müəssisələrində qeyd olunması haqqında"
Təhsil Nazirliyinin 10 fevral 2011-ci il tarixli,
247 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər
planının 5.3 bəndinin icrasını təmin etmək
məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci ildönümü
ilə bağlı məktəblilər arasında vətənpərvərlik
mövzusuna həsr olunmuş ifa üzrə respublika
müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, Təşkilat Komitəsi və
münsiflər heyətinin tərkibi təsdiq olunsun (əlavə
olunur).
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi
(A.İbrahimov) müsabiqənin yüksək səviyyədə
təşkili və keçirilməsini təmin etsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin
respublika mərhələsinin keçirilməsi ilə bağlı
müvafiq vəsaitin ayrılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və əlavələrlə birlikdə nazirliyin
İnternet səhifəsində yerləşdirilməsini təmin
etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmr və əlavələrin
çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini
Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il |