Bakıdakı
5 nömrəli tam orta məktəbdə Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü ilə əlaqədar III-XI
siniflər üzrə "Müstəqil Azərbaycan, 20 yaşın
mübarək!" devizi altında məntiq olimpiadası
keçirilib. 300 şagirdin təmsil olunduğu
olimpiadada Azərbaycan Respublikasının Dövlət
himni səslənib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Nərminə Gündüzlü şagirdlərə dövlət
müstəqilliyimizin qazanılması və
möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin
misilsiz xidmətlərindən danışıb. Sonra "Yaşa
Azərbaycan!" musiqi sədaları altında olimpiada
iştirakçıları sinif otaqlarında təyin olunmuş
yerlərdə əyləşiblər. Bir saat davam edən
olimpiadada şagirdlər məntiqi test suallarına
cavab verərək biliklərini nümayiş etdiriblər.
Olimpiadada fərqlənən şagirdlərə məktəb
rəhbərliyi tərəfindən həvəsləndirici mükafatlar
verilib.
Şakir CƏFƏROV |