|
|
|
Xarici mətbuat səhifələrində |
|
|
|
İtaliyada UNO-lara dair mühazirələr
oxunur |
|
İtaliyada əsasən əlavə təhsil alan
yaşlılar üçün fəaliyyət göstərən Verona
Universitetində (Terza Eta e
dell'Educazione Permanente) cari dərs
ilində yeni kurs - başqa planetlərin
sakinlərinə həsr olunan mühazirələr
başlayıb. Belə bir qeyri-adi kursun
tədris olunması barədə məlumatı
universitetin rektoru Corco Sarkelleti
təsdiqləyib. "Elmi nöqteyi -nəzərdən
onlar hardadır? Xarici sivilizasiyanın
izi ilə" adlı mühazirəni Kənd
Təsərrüfatı və Filologiya Elmləri
Akademiyasının prezidenti Qaleasso
Şaretta oxuyacaq. Universitetdə dərslər
oktyabr ayında başlayıb. Tədris
müəssisəsinin əməkdaşları qeyd edirlər
ki, təhsil ocağının fəaliyyətdə olduğu
30 il ərzində tələbələrin sayı 3 min
nəfəri keçib. Corriere della Sera
qəzetinin yazdığına görə,
universitetdəki mühazirələrə qadınlar
daha çox maraq göstərir. Bu il maraqla
qarşılanmış mühazirə kurslarına 2
mindən artıq qadın dinləyici yazılıb. |
|
Türkiyə universitetlərinə maraq daha da
artır
Türkiyə təhsil məkanı kimi getdikcə
populyarlıq qazanmaqdadır. Məlumatlara
görə, son 5 il ərzində Türkiyədə ali
təhsil alan xarici tələbələrin sayı 50
faiz artıb. Bu barədə Student Selection
and Placement Center təşkilatının
hesabatında bildirilir. Hesabatdan məlum
olub ki, 2011-2012-ci dərs ilində
Türkiyə universitetlərində 147 ölkədən
25,5 min tələbə təhsil alır.
2006-2007-ci illərdə isə onların sayı
16,4 min nəfər olub. Xarici tələbələrin
əsas hissəsi (3,5 min nəfər)
Azərbaycanın payına düşür. Şimali Kipr,
Türkmənistan, İran, Bolqarıstan,
Almaniya, Yunanıstandan olan tələbələrin
ümumi sayı min nəfərdir. Hesabata görə,
xarici tələbələrin əksəriyyəti əsasən
Anadolu Universitetində (4 min nəfər)
oxuyur. Daha sonra İstanbul Universiteti
və Ankaradakı Orta Doğu Texnik
Universiteti gəlir.
|
|
Rusiyada uşaq bağçalarının problemləri
həll olunacaq |
|
Rusiya
prezidenti Dmitri Medvedev Federasiya
Şurasına və hökumətə birlikdə uşaq
bağçalarının problemləri ilə ciddi
məşğul olmağı tapşırıb. Dövlət başçısı
şəhərətrafı iqamətgahında keçirdiyi
müşavirədə uşaq bağçalarında yer
çatışmazlığı probleminin ən ciddi
şəkildə həll olunması zəruriliyindən
danışıb. Onun sözlərinə görə, istər iri
şəhərlərdə, istərsə də kiçik yaşayış
məntəqələrində bu problem özünü
göstərməkdədir. Prezident bəyan edib ki,
yerlərdə insanlarla görüşlərində, ilk
növbədə, uşaq bağçaları ilə əlaqədar
olan problemlər barədə məsələ qaldırılır.
Bir sıra bələdiyyələr şikayətlənirlər ki,
yeni uşaq bağçalarının tikintisinə və
fəaliyyətdə olanların saxlanmasına və
təmir olunmasına pul çatışmır. Medvedevə
görə ayrılmış milyardlarla rubl vəsaitlə
bu problemi kökündən həll etmək mümkün
deyil.
D.Medvedev bəyan edib ki, gələn il
uşaq bağçalarında və məktəbəqədər digər
müəssisələrdə əlavə yerlərin yaradılması
üçün dövlət büdcəsindən 1 milyard rubl
və 8 milyard rubla qədər büdcələrarası
kredit ayrılması nəzərdə tutulub.
"9 milyard rubl az pul deyil, lakin
gələn il də problemi bu vəsaitlə həll
etmək mümkün olmayacaq. Lakin bu vəsait
hesabına uşaq bağçalarında 1 milyon
əlavə yer yaradılması nəzərdə tutulub",
- deyə prezident bildirib. Məktəbəqədər
təhsil sistemində 600 min insanın
çalışdığını bəyan edən prezident bu
sahədə əməkhaqlarının az olduğunu da
etiraf edib. |
|
Böyuk Britaniyada gənclərin 20 faizi
məktəbləri əsas biliklərə yiyələnmədən
tərk edir |
|
Böyuk Britaniyada orta məktəbləri əsas
oxu-yazı vərdişlərinə yiyələnmədən tərk
edənlərin sayı artmaqdadır. Bu barədə
ölkədə aparılmış araşdırmalar deməyə
əsas verir. Məlumatlara görə, gənclərin
20 faizi məktəbləri əsas biliklərə
yiyələnmədən tərk edir. Məlum olub ki,
ötən əsrin 60-cı illərindən başlayaraq
bu sahədə vəziyyət dəyişməyib.
Ekspertlər hesab edir ki, bu, hər bir
konkret şagirddən və onun ailədə hansı
tərbiyə almasından asılıdır.
Mütəxəssislər qeyd edir ki, londonlu
məzunların əksəriyyətinin baza savadı
yoxdur.
Söhbət 3-4 ilini universitetlərdə
keçirmiş gənclərdən gedir. Belə məlum
olub ki, onların əksəriyyəti əslində
universitetə getməyiblər. Hazırda ölkədə
18-24 yaşlı 800 min gənc işsizdir. |
|
Litvada universitetlər birləşir |
|
Litva
hökuməti ölkənin bir sıra ali
məktəblərini optimallaşdırmaq və bəzi
universitetləri birləşdirməyi nəzərdə
tutub. Lakin hökumətin bu qərarı litvalı
tələbələr tərəfindən etirazlarla
qarşılanıb. Vilnüs Universitetinin
humanitar fakültəsinin tələbələri qəbul
etdikləri qətnamədə bəyan ediblər ki,
hökumət bu planları ilə tələbələrin
Konstitusiyada təsbit olunmuş azad
surətdə ali məktəb seçmək hüququnu pozur.
Onlar universitetlərin zorakı yolla
birləşdirilməsinin yolverilməz olduğunu
qeyd ediblər. |
Ukraynada gözdən əlil uşaqlar üçün
dərslik nəşr olunacaq |
|
Ukraynanın təhsil və elm, idman və
gənclər naziri Dmitri Tabaçnikin
sözlərinə görə, gələn ildən başlayaraq
görmə qabiliyyəti pozulmuş ən kiçik
məktəblilər üçün Brayl şriftli
dərsliklər nəşr olunacaq.
Qeyd olunur ki, hazırda 120 minə yaxın
ukraynalı uşaq bu və ya digər formada
inklüziv təhsil alır. Nazir D.Tabaçnikin
sözlərinə görə, bu cür təhsil forması
xüsusi tələbatı olan uşaqlara təhsil
vermək imkanı yaradır. Məlumata görə,
Brayl şriftli dərsliklər olduqca az
miqdarda nəşr olunacaq, çünki görmə
qabiliyyəti pozulmuş uşaqlar üçün
dərsliklər çox bahadır. |
|
Qırğızıstanda təhsil dəyərləri
itməkdədir |
|
Qırğızıstan
prezidenti Roza Otunbayeva ölkənin
təhsil sisteminin üzləşdiyi ciddi
problemlərə toxunub. Onun sözlərinə görə,
Qırğızıstanda təhsil dəyərləri
itməkdədir. "Son vaxtlar bizim
cəmiyyətimizə xas olan ənənəvi yüksək
təhsil dəyərlərinin itməkdə olduğu
müşahidə olunmaqdadır", - deyə prezident
bildirib. Dövlət başçısı bəyan edib ki,
cəmiyyətdə biliklərin qiymətdən
düşməsinin səbəbi ailədə, məktəbdə,
cəmiyyətdə əhvali-ruhiyyənin
dəyişməsində axtarılmalıdır. Onun
sözlərinə görə, bir sıra sosial-iqtisadi
problemlər üzündən uşaqlar erkən yaşdan
əmək fəaliyyəti ilə məşğul olmağa məcbur
olur, bu isə təhsilə olan istəyin
azalmasına gətirib çıxarır. Ölkənin
Milli Statistika Komitəsinin hesabatına
istinad edən prezident bildirib ki,
məktəblərə getməyən uşaq və
yeniyetmələrin sayı 30 mini keçib. Bu
faktı BMT-nin Uşaq Fondu da təsdiqləyir.
Kənd yerlərində məktəbə getməyən
uşaqların sayı iki dəfə çoxdur. "Biz
savadsız nəsillərin böyüməsini, savadsız
ölkə olmağı özümüzə rəva görə bilmərik",
- deyə prezident bildirib.
Qeyd edək ki, ölkənin cənubundakı
Batken və Oş vilayətlərində uşaqların 55
faizi müvafiq dərs vəsaitləri və geyim
olmadığı üçün məktəbə gedə bilmir.
Uşaqların 39 faizdən çoxu məktəbə
ümumiyyətlə getmir, 46 faizi yalnız
rüblükləri yekunlaşdırmaq üçün məktəbə
baş çəkir, 22 faizi isə ağır kənd
təsərrüfatı işlərinə cəlb olunub.
Qırğızıstanın Təhsil Nazirliyinin
məlumatına görə, ölkədə müəllimlərin 70
faizinin pedaqoji təhsili yoxdur.
2010-cu ildə qırğız məktəbliləri PISA
beynəlxalq qiymətləndirmə reytinqində
sonuncu - 65-ci yeri tutublar. |
Xarici
mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|