Bakıdakı
Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin
adını daşıyan 164 nömrəli orta məktəbdə hər
həftənin şənbə günü vətənpərvərlik mövzusunda
tədbir keçirilir. Oktyabrın 15-də məktəbdə
Azərbaycan dili və ədəbiyyat müəllimləri Həcər
Bəşirovanın və Təranə Bağırovanın
təşkilatçılığı ilə Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr
edilmiş ədəbi-bədii gecə keçirildi. Şagirdlərin
ifasında Dövlət himni səsləndirildi. Tədbirin
aparıcıları Nərmin və Aysel mərasimin məqsəd
və məramından bəhs edərək, sözü məktəbin
direktoru Kəmalə Qədirovaya verdilər. K.Qədirova
mərasim iştirakçılarını əlamətdar gün
münasibətilə təbrik etdi. Qeyd etdi ki, əsası
ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan
təhsil islahatları bu gün ölkəmizdə uğurlu
nəticələrini verməkdədir. Təhsilin keyfiyyəti
artır, bu sahədə yeni, müasir baxışlar
formalaşır. Həyatımız gündən-günə yeniləşir,
zamanın və şəraitin diqtəsi ilə yeni modellər,
daha mükəmməl konsepsiyalar həyata vəsiqə alır.
Vurğulandı ki, dövlət müstəqilliyinə
qovuşduğumuz ötən illər ərzində bütün
parametrlərdə, o cümlədən təhsil sahəsində
inkişaf və tərəqqi göz qabağındadır. Ümummilli
liderimiz Heydər Əliyevin təhsilə göstərdiyi
diqqət və qayğı bu gün ulu öndərin siyasi
kursunun layiqli davamçısı möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Tədbirin sonunda məktəbin şagirdləri Nərmin
və Nigar unudulmaz şairimiz M.Arazın "Azərbaycan
dünyam mənim" şeirini söylədilər. Jalə, Ləman,
Nübar, Simuzər, Mehin, Vüsalə, Əli və İsmayıl
müstəqillik gününə və vətənpərvərlik mövzusuna
həsr olunmuş şeirlər, bayatılar söyləyib,
mahnılar oxudular.
Sifai SƏFƏROVA |
|