Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - ¹41

 

Bayram tədbirləri konfransla başa çatdı

 

 Oktyabrın 15-də Bakıdakı 261 nömrəli məktəb-liseydə müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş tədbirlərin, müsabiqələrin yekunu olaraq elmi-praktik konfrans keçirildi.

Tədbir Dövlət himnimizin ifası ilə açıldı. Sonra məktəb-liseyin direktoru Abuzər Əsədov "Müstəqilliyimizin bərpasının 20 illiyi" mövzusunda geniş məruzə etdi. A.Əsədov müstəqilliyimizin bərpası uğrunda gedən mübarizədən, 1991-ci il oktyabrın 18-də parlamentdə qəbul olunmuş müstəqilliyimizi təsbit edən Konstitusiya aktından, müstəqilliyimizin ilk illərində ölkədə yaranmış ağır vəziyyətdən, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi və sabitliyi təmin etmək, müstəqilliyimizi möhkəmləndirmək üçün atdığı addımlardan geniş bəhs etdi.

Məruzədə ölkəmizdə son illər dövlət quruculuğu, iqtisadiyyatın möhkəmləndirilməsi, cəmiyyət həyatının bütün sahələrində aparılan islahat yönümlü işlər və qazanılan nailiyyətlər də ətraflı təhlil olundu. Bütün bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi xidmətləri olduğu vurğulandı.  A.Əsədov məruzəsində habelə bayram münasibəti ilə məktəb-liseydə "Müstəqillik - 20" devizi altında divar qəzetləri, şeir, rəsm müsabiqələrinin keçirildiyini, onların şagirdlərin vətənpərvərlik tərbiyəsində, müstəqillik tariximiz haqqında daha geniş təsəvvür əldə etmələrində mühüm rol oynadığını qeyd etdi.

Konfransda məktəb-liseyin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Muxtar Həşimovun "İlham Əliyev və Azərbaycanda milli ordu quruculuğu", şagirdlər arasında keçirilmiş "20 referat" müsabiqəsində referatlardan birinin müəllifi, IX sinif şagirdi Elnarə Baloğlanovanın "20 ildə Azərbaycanın neft strategiyası" mövzularında məruzələri də maraqla dinlənildi.

Sonra konfrans məktəb-liseyin istedadlı şagirdlərinin təqdim etdikləri bədii proqramla davam etdi. Bədii hissədə 10-cu sinif şagirdi E.Tağıyevin hazırladığı təqdimat izləndi, şagirdlər şeirlər söylədilər, mahnılar oxudular, səhnəciklər nümayiş etdirdilər. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov