Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - ¹41

 

Ən böyük sərvətimiz

 

Bakıdakı 283 nömrəli məktəbin müəllim və şagird kollektivi müstəqilliyimizin bərpasının 20-ci ildönümünü oktyabrın 17-də "Müstəqilliyimiz ən böyük sərvətimizdir" mövzusunda keçirdikləri ədəbi-musiqili tədbirlə qeyd etdilər. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətindən, YAP rayon təşkilatından, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən qonaqlar da iştirak edirdilər.

Məktəbli aparıcılar tədbiri azad Azərbaycanımızı tərənnüm edən şeirlərlə açdılar. Sonra şagirdlərdən ibarət xor Dövlət himnimizi ifa etdi. Himn başa çatan kimi zala dahi Üzeyirin "Üvertüra"sının möhtəşəm musiqisi yayıldı. Bir qrup şagird həmin musiqinin sədaları altında "Azərbaycanı sevin" şeirini söylədi. Ölməz şairlərimiz Məmməd Arazın, Məhəmmədhüseyn Şəhriyarın doğma vətənə sevgi, məhəbbətlə dolu "Azərbaycan" şeirlərini də şagirdlər məharətlə ifa etdilər.

Aparıcılar müstəqilliyimizə gedən yol, Azərbaycanın 1918-ci ildə müstəqillik qazanması, 1991-ci ildə onu bərpa etməsi, müstəqillik illərində dövlətimizin möhkəmləndirilməsi, ölkədə sabitliyin bərpası, milli iqtisadiyyatın, təhsilin, səhiyyənin, mədəniyyətin yaradılması  və inkişaf etdirilməsi istiqamətində atılan addımlar, müasir dövrdə müstəqil dövlətimizin yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizi tərəqqiyə aparan siyasəti barədə faktlara əsaslanan geniş məlumat verdilər.

Sonra tədbir istedadlı şagirdlərin təqdim etdikləri musiqi nömrələri ilə davam etdi.

Tədbirin sonunda çıxış edən məktəbin direktoru Şükufə Axundova zala toplaşanları müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibəti ilə təbrik etdi, dövlətimizin, Azərbaycan Prezidenti İlham Əliyevin təhsilimizə, təhsil işçilərinə diqqət və qayğısından, öz potensiallarını  inkişaf etdirmək üçün gənclərə yaradılan şəraitdən söz açdı.

YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri Məlahət İbrahimova, Binəqədi RİH təhsil, səhiyyə və mədəniyyət şöbəsinin böyük məsləhətçisi Dilbər Mirzəməmmədova və b. tədbirdə söz alıb məktəbin müəllim və şagird kollektivini təbrik etdilər, müstəqilliyimizin bəhrələrindən danışdılar. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov