Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - ¹41

 

Bakı məktəblərində monitorinq keçirildi

 

 Oktyabrın 20-də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonundakı orta ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətinə dair monitorinq keçirildi. Monitorinqdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə, BŞTİ-nin Mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı və  KİV nümayəndələri iştirak edirdilər.  Mətbuat işçilərinin seçimi əsasında Bakının 177, 47 və 258 nömrəli orta məktəblərində olan monitorinq qrupunun araşdırmaları zamanı hər üç məktəbdə həm yuxarı, həm də ibtidai sinif şagirdlərinin davamiyyətinin 95 faizdən yüksək olduğu məlum oldu. Monitorinq qrupu həmçinin məktəblərdə tədrisin təşkili və digər məsələlərlə maraqlanıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Monitorinq zamanı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə KİV nümayəndələrinə açıqlamasında bildirdi ki, reydlər hər həftə Bakının bir rayonunda keçiriləcək. Monitorinqlərin keçirilməsinin bu ilin sonunadək davam edəcəyini bildirən B.Hüseynzadə qeyd etdi ki, reydlərin keçiriləcəyi haqqında müəssisə rəhbərlərinə qabaqcadan heç bir xəbərdarlıq olunmayıb. Bildirdi ki, bütün monitorinqlər jurnalistlərin iştirakı ilə həyata keçiriləcək. Reyd üçün seçiləcək məktəblər media nümayəndələrinin istəklərinə uyğun müəyyənləşdiriləcək. İbtidai sinif şagirdlərinin çantalarının ağırlığı ilə bağlı məsələyə toxunan B.Hüseynzadə kitab və iş dəftərlərinin çəkisinin cəmi 2,5-3 kq olduğunu bildirdi. Uşaqlara kiçik çantaların alınmasını və yüngül əşyaların çantalara qoyulmasını valideynlərə tövsiyə etdi.  

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov