Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - ¹41

 

"İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr" mövzusunda V beynəlxalq elmi-praktik konfrans

 

Oktyabrın 14-15-də Bakıda Azərbaycan Respublikası Təhsil Nazirliyi, YUNİSEF, Azərbaycan Müəllimlər İnstitutu və Avropa Gözdən Əlil Şəxslərin Təhsili və Reabilitasiyası üzrə Beynəlxalq Şuranın (ICEVI) təşkilatçılığı ilə "İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr" mövzusunda V beynəlxalq elmi-praktik konfrans keçirildi.

Konfransın açılışı oktyabrın 14-də "Ambassador" otelində oldu. Tədbiri  təhsil naziri Misir Mərdanov açaraq keçirilən konfransın hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Qeyd olundu ki, iki gün keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası və belə şəxslər üçün maneəsiz mühitin yaradılması ilə bağlı gələcək perspektivləri müəyyənləşdirmək, Azərbaycanda bu sahədə çalışan insanların digər ölkələrin uğurlu təcrübə nümunələri ilə tanış olmalarına şərait yaratmaqdır. Tədbirin, həmçinin, əlilliyi olan şəxslərin təhsili və reabilitasiyası ilə məşğul olan qurumlar arasında əməkdaşlığın qurulması baxımından da səmərəliliyini qeyd edən nazir ölkəmizdə uşaqların rifahının yüksəldilməsinin daim diqqət mərkəzində olduğunu söylədi. Ulu öndər Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində həyata keçirdiyi siyasətin  hazırda respublika Prezidenti cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayan təhsil naziri bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın  gördüyü işləri diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycan müstəqillik illərində insan hüquqları, xüsusilə uşaq hüquqları ilə bağlı beynəlxalq saziş və konvensiyalara qoşulmuş, bununla bağlı üzərinə bir sıra öhdəliklər götürmüşdür. Həmin öhdəliklərdən biri də ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərin təhsil hüququnu təmin etmək üçün bütün səviyyələrdə inklüziv təhsilin təşkil edilməsidir. Təhsil naziri məlumat üçün bildirdi ki, hazırda ölkəmizdə 60 mindən çox əlilliyi olan uşaq vardır. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat-məktəblərdə təhsil alır (onlardan 1353-ü müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmin olunmasının təsbit edildiyini söyləyən nazir Misir Mərdanov burada öz əksini tapmış müddəaları konfrans iştirakçılarının diqqətinə çatdırdı. Bildirildi ki, Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə inkişaf Proqramı (2005-2009-cu illər)" həyata keçirilib. Proqrama əsasən sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun həyata keçirilməsi, inklüziv təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması, dövlət himayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, müvafiq təsnifata  uyğun olaraq bütün kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edilməsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının müasir standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür.

Proqramın icrası istiqamətində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu söyləyən təhsil naziri bildirdi ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün bütün internat-məktəbləri və uşaq evləri, xüsusi məktəblər Fond tərəfindən əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib.

Proqram çərçivəsində görülən işlərdən danışan nazir Misir Mərdanov 17 ümumtəhsil məktəbi və 13 uşaq bağçasında 200-dən çox sağlamlıq imkanları məhdud uşağın inklüziv təhsilə cəlb olunduğunu, məktəbəqədər və ibtidai təhsil pillələrində inklüziv təhsilin tətbiqi üçün metodik vəsaitlərin hazırlandığını, inklüziv təhsilin müəllim hazırlığı kurikulumlarına və ixtisasartırma proqramlarına daxil edildiyini bildirdi.

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"ndan da söz açan nazir proqrama müvafiq olaraq həyata keçirilən tədbirlərdən danışdı.

Nazir Misir Mərdanov daha sonra qeyd etdi ki, inklüziv təhsil imkanlarının genişləndirilməsi məqsədilə təhsil qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi üçün YUNİSEF və Təhsil Nazirliyi tərəfindən "İnklüziv təhsil haqqında Qanun" layihəsi işlənib hazırlanaraq Milli Məclisə təqdim olunub. Nazir habelə YUNİSEF-in texniki dəstəyi ilə inklüziv təhsilin inkişafına dair Dövlət Proqramının hazırlandığını və Nazirlər Kabinetinə təqdim edildiyini bildirdi.

Çıxışında inklüziv təhsillə bağlı digər məsələlərə də geniş toxunan təhsil naziri bu günədək görülən işlərin və icrası nəzərdə tutulan tədbirlərin ölkəmizdə hər bir uşağın təhsil hüququnun təmin edilməsinə yönəldiyini söylədi. Nazir konfransda təqdim olunan digər ölkələrin uğurlu təcrübə nümunələrinin nəzərə alınaraq Azərbaycan Müəllimlər İnstitutunda inklüziv təhsil üzrə elmi mərkəzin yaradılması təklifini irəli sürdü.

Çıxışının sonunda nazir Misir Mərdanov  uşaqların rifahı və müdafiəsi sahəsində göstərdiyi dəstək və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili  Mehriban xanım Əliyevaya və bu sahədə Təhsil Nazirliyi ilə daim əməkdaşlıq edən BMT-nin Uşaq Fonduna (YUNİSEF) təşəkkür etdi.

Çıxış üçün söz alan YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədr müavini Aynur Sofiyeva, Avropa Gözdən Əlil Şəxslərin Təhsili və Reabilitasiyası üzrə Beynəlxalq Şura (ICEVİ)- Avropa Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Hans Vellinq, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı beynəlxalq elmi-praktik konfransın əhəmiyyətindən, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası, təhsili, cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən, ölkəmizdə inklüziv təhsillə bağlı həyata keçirilən proqram və layihələrdən, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsindən,  beynəlxalq təşkilatlarla əməkdaşlıqdan danışdılar, öz fikir və mülahizələrini söylədilər.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan şəraitdən razılıqla danışaraq onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Sonra Hollandiyanın Fontys Universitetinin professoru Hans Şuman, Rusiya Federasiyasının əməkdar elm xadimi, Sankt-Peterburq Xüsusi Pedaqogika və Psixologiya İnstitutunun rektoru, professor Lyudmila Şipitsina, Moskva şəhər Psixoloji- Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən İnteqrativ (inklüziv) Təhsil İnstitutunun direktoru Svetlana Alyoxina və başqaları məruzələrlə çıxış etdilər.

Beynəlxalq elmi-praktik konfrans öz işini oktyabrın 15-də Azərbaycan Müəllimlər İnstitutunda yekunlaşdırdı. Konfransın ikinci iş günündə təşkil olunan seminarda iştirakçılar tanınmış xarici mütəxəssislərin təqdimatları, həmçinin   onların təcrübəsi  və müəyyən məsələlərlə bağlı fikirləri ilə tanış olmaq imkanı əldə etdilər. Tədbirdə qonaqlar respublikamızın sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat-məktəblərdə təhsil alan uşaq və yeniyetmələr tərəfindən hazırlanmış əl işlərinə və rəsm əsərlərinə də tamaşa etdilər. 

Samirə KƏRİMOVA    

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov