| 
								 Oktyabrın 
								11-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq 
								Sarayının "Uşaq dünyası" qalereyasında 
								Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 
								20-ci ildönümünə həsr olunmuş sərgi keçirildi. 
								Bakıdakı 201 nömrəli orta məktəbin şagirdlərinin 
								əl işlərinə aid tədbiri giriş sözü ilə  açan  
								məktəbin direktoru  Süsən  Salmanova təşkil 
								olunmuş  tədbirin əhəmiyyətindən danışdı. Eyni 
								zamanda  məktəbdə  şagirdlərin yaradıcılığında 
								böyük rol  oynayan   "Palitra" rəsm dərnəyinin 
								12 üzvü olduğunu və bu dərnəyə rəhbərlik edən 
								Asəf Kərimovun   zəhmətini  xüsusi qeyd etdi. 
								İlk öncə dövlət müstəqilliyimizə   aid 
								slaydlarda ulu öndər Heydər Əliyevlə  bağlı  
								kadrlar  nümayiş etdirildi.Məktəbin Azərbaycan 
								dili və ədəbiyyat müəllimi, şəhid  ailəsi 
								Simuzər Əhmədovanın müstəqilliyimizə həsr 
								olunmuş şeirləri səsləndi.  
								Sonra sərgiyə toplaşan  şagirdlərin 108 əsəri 
								nümayş olundu. VIII sinif şagirdi  Fərid 
								Tahirov, IX sinif şagirdi Aysel Həzrətova, I 
								sinif şagirdi Şölə Salmanova və başqalarının əl 
								işləri sərgiyə gələn qonaqlar tərəfindən yüksək 
								qarşılandı. 
								Sərgidə   Nizami Rayon İcra Hakimiyyəti 
								başçısının humanitar məsələlər üzrə müavini 
								Gülnaz İsrafilova, millət vəkili Sədaqət 
								Vəliyeva və digər şəxslər çıxış edərək 
								şagirdlərin əl işlərindən razılıq etdilər və   
								şagirdləri təbrik etdilər.   
								Sonda qonaqlar balaca rəssamlarla  xatirə şəkli  
								çəkdirməyi də unutmadılar.    
								
								
								Şakir CƏFƏROV |