Ölkəmizin ümumi təhsil müəssisələrində çalışan
müəllimlərin diplomlarının yoxlanılması
istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata
keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə
araşdırmalar başa çatıb. Aparılmış araşdırmalar
nəticəsində müəyyən olunub ki, həmin rayonların
ümumi təhsil müəssisələrində çalışan pedaqoji
işçilərdən 92 nəfərin diplomu saxtadır.
Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si
Cəlilabad, 7-si Beyləqan, qalan hissəsi isə
digər 20 rayonda aşkar edilib.
Məsələnin araşdırılması ilə bağlı Təhsil
Nazirliyi tərəfindən Azərbaycan Respublikasının
Baş Prokurorluğuna müraciət olunub.
Onu da qeyd edək ki, saxta diplomların
aşkarlanması məqsədilə Təhsil Nazirliyi
tərəfindən növbəti 25 rayonun ümumi təhsil
müəssisələrində araşdırmalara başlanılıb. |