|
|
|
2011-ci ilin ədəbiyyat,
sülh və iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb |
|
|
|
Ədəbiyyat üzrə qalib |
2011-ci
ilin ədəbiyyat sahəsində Nobel
mükafatına İsveç şairi Tomas
Transtroemer layiq görülüb. İsveç Kral
Akademiyası Nobel mükafatına məhz Tomas
Transtroemerin layiq görülməsini onun
reallığa yeni baxıs olan qısa, şəffaf,
mənalı obrazlar yaratması ilə
əsaslandırıb.
80 yaslı İsveç
şairi, peşəkar psixoloq olan Tomas
Transtroemer 1990-cı ildə insult
keçirib, onun nitq qabiliyyəti pozulub.
Şeirləri əfsanəvi, çoxmənalı və kədərli
kimi səciyyələndirilir və 50-dən çox
dillərə tərcümə edilib. |
|
Sülh üzrə qaliblər |
|
Ellen
Conston
Sirlif -
dünyanın ən
kasıb ölkələrindən
olan
Liberiyanın
prezidentidir.
72 yaşlı Sirlif Afrikanın yeganə qadın
prezidentidir, o, bu vəzifəyə 2005-ci
ildə keçirilmiş prezident seçkilərində
seçilib. Hakimiyyətə gələn Sirlif
orduda islahat aparıb, dövlət xərcini
azaldıb, əməkhaqlarını tənzimləyib.
Xarici investisiyaların ölkə
iqtisadiyyatına kütləvi axınını təmin
edib. 2007-ci ildə onun sərəncamı ilə
ölkədə ibtidai təhsil pulsuz və məcburi
elan olunub. |
|
|
|
Leymah Qbovi -
Liberiyadan olan 32 yaşlı siyasi fəal,
2003-cü ildə sülh uğrunda hərəkatın
təşkilatçısı olub. Məhz bu aksiya
nəticəsində Ellen Sirlif hakimiyyətə
gəlib. 2000-ci ildən başlayaraq Qbovi
liberiyalı qadınların qeyri-zorakı
aksiyalarına rəhbərlik edib. Bu
aksiyalar hakimiyyəti danışıqlar masası
arxasına keçməyə məcbur edib və bu,
ölkədə uzunsürən vətəndaş müharibəsinə
son qoyub. |
|
|
|
Təvəkkül
Karman - Yəmən siyasi müxalifət lideri,
jurnalist və siyasətçidir. 32 yaşlı
Karman 2000-ci ildən başlayaraq ölkədə
qadın hüquqları və demokratiya uğrunda
fəal mübarizəyə rəhbərlik edib.
2007-2010-cu illərdə Sana şəhərində
onlarca nümayişlərdə iştirak edib.
2011-ci ildə bir neçə dəfə açıq çıxışlar
edib. Etiraz aksiyalarının təşkilatçısı
kimi dəfələrlə həbs olunub.
|
|
|
İqtisadiyyat üzrə qaliblər |
|
Kristofer Sims
- Harvard Kollecinin bakalavrı (1963-cü
il), Harvard Universitetinin fəlsəfə
doktorudur. |
|
|
|
Tomas Sarcent
- Berkli Kaliforniya Universitetinin
bakalavrı və Harvard Universitetinin
fəlsəfə doktorudur. |
|
2011-ci il
oktyabrın 10-da Stokholmda iqtisadiyyat
sahəsində Nobel mükafatına amerikalı alimlər
Tomas Sarcent və Kristofer Sims layiq
görülüblər. Onlar makroiqtisadiyyatda müşahidə
olunan proseslərin səbəbləri və nəticələrinin
empirik tədqiqatları işlərinə görə
fərqləniblər. Alimlər iqtisadi siyasətlə ümumi
daxili məhsul, inflyasiya, işsizlik,
investisiyalar və başqa makro-iqtisadi
göstəricilər arasında əlaqəni tədqiq ediblər.
Mükafat rəsmi olaraq "Alfred Nobelin xatirəsinə
həsr olunmuş İqtisadi Elmlər üzrə Sveriges
Riksbank mükafatı" adlanır.
Bu mükafat
İsveç kimyaçısı Alfred Nobel tərəfindən 1895-ci
ildə təsis etdiyi ilkin mükafatlar qrupuna aid
deyil və 1968-ci ildə İsveçin mərkəzi bankı -
Riksbank tərəfindən təsis edilib. |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|