Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Oktyabr 2011 - ¹40

 

Qrant Sazişi imzalandı

 

Oktyabrın 12-də Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılması üzrə Qrant Sazişinin imzalanması mərasimi keçirildi.

Təhsil Nazirliyində keçirilən mərasimi nazir Misir Mərdanov açaraq iştirakçıları salamladı. Son illər Azərbaycanın beynəlxalq əlaqələrinin müxtəlif istiqamətlərdə genişləndiyini qeyd edən təhsil naziri bu amili ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasətinin təntənəsi kimi dəyərləndirdi.

Azərbaycanla Koreya arasında çox sıx əməkdaşlıq əlaqələrinin yaradılmasından, təhsil sahəsində görülən işlərdən bəhs edən Misir Mərdanov daha sonra imzalanacaq sənəd haqqında məlumat verərək bildirdi ki, Qrant Sazişi üzrə nəzərdə tutulan işlər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və Azərbaycan Texniki Universiteti tərəfindən həyata keçiriləcək.

Nazir Misir Mərdanov Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın inkişafında KOİCA-nın mühüm rolu olduğunu  qeyd etdi. Bildirdi ki, hər il bu təşkilat tərəfindən elan edilən müxtəlif növ təqaüd proqramları Koreyada azərbaycanlı mütəxəssis və tələbələrin təhsil almasına geniş imkanlar yaradır. Təhsil naziri bütün bunlara görə qurumun rəhbərliyinə, eləcə də üzvlərinə təşəkkürünü bildirdi.

Verilən məlumatdan aydın oldu ki, layihənin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə universitetin idarəetmə sisteminin təkmilləşdirilməsidir. Təkmilləşdirmə işlərinin universitetin idarəetmə sistemində məhsuldarlığın və səmərəliliyin artırılması, eləcə də akademik şəbəkə texnologiyaları ilə tanışlıq istiqamətində həyata keçirilməsi nəzərdə tutulub.

2 milyon ABŞ dolları dəyərində olan layihənin 3 il müddətində başa çatdırılacağını və bütün xərclərin KOİCA tərəfindən ödəniləcəyini deyən Misir Mərdanov layihədə bu təşkilatın Azərbaycan Texniki Universitetini zəruri avadanlıqlarla təmin etməsi, koreyalı mütəxəssislərin Azərbaycana ezam olunması, Azərbaycan Texniki Univesitetinin işçi və mühəndisləri üçün Koreyada təlimlərin təşkili və digər bu kimi mühüm məsələlərin əks olunduğunu diqqətə çatdırdı.

Nazir çıxışının sonunda layihənin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etdi və bu dəstəyə görə Azərbaycan hökuməti adından koreyalı qonaqlara təşəkkürünü bildirdi.

Sonra  Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha çıxış etdi. Koreya ilə Azərbaycanın təhsil sahəsi üzrə birgə həyata keçirdiyi tədbirlərdən söz açan səfir iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğuladı. KOİCA-nın məqsədlərindən, dünyanın 26 ölkəsi, o cümlədən keçmiş sovetlər birliyinə daxil olan respublikalardan yalnız Azərbaycan və Özbəkistanla əlaqələr yaratdığından bəhs edən Li Ci Ha iki ölkə universitetləri arasında birbaşa əməkdaşlığın da mövcud olduğunu qeyd etdi. Səfir diqqətə çatdırdı ki, hazırda 76 azərbaycanlı gənc Koreyanın, 22 koreyalı isə Azərbaycanın ali məktəblərində təhsil alır. Səfir layihənin həyata keçirilməsində öz dəstəyini əsirgəməyəcəyini vurğuladı.

Sonra imzalanma mərasimi oldu. Sənədləri təhsil naziri Misir Mərdanov və Koreyanın ölkəmizdəki səfiri Li Ci Ha imzaladılar.

Mərasimdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov iştirak edirdilər. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov