Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında" 4
sentyabr 2007-ci il tarixli, 2373 nömrəli
Sərəncamını rəhbər tutaraq, 2011-2012-ci dərs
ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin keçirilməsi
məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Prezidentinin "Ən
yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin
keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə
verilmiş mükafatın istifadə istiqamətləri"nin və
"Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi
Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci
il 25 fevral tarixli, 714 nömrəli Fərmanına
uyğun olaraq, ümumtəhsil məktəbləri və
müəllimlərin müsabiqələrdə iştirakı ilə bağlı
elanın mətni və ona əlavələr təsdiq edilsin
(əlavə olunur).
2. 2011/2012-ci dərs ilində müsabiqələrdə
iştirak üçün sənədlərin qəbulu 2011-ci il
oktyabrın 10-dan başlansın və noyabrın 10-dək
başa çatdırılsın.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
müsabiqələrlə bağlı elan və ona əlavələrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını
təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
29 sentyabr 2011-ci il
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil
İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə,
bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil
müəssisələrinə
Bildiririk ki, Azərbaycan Respublikası
Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis edilməsi
haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373
nömrəli Sərəncamını rəhbər tutaraq, 2011-2012-ci
dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə
bağlı hazırlıq işlərinə başlanmışdır.
Müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu
2011-ci il oktyabrın 10-dan başlanıb noyabrın
10-dək yekunlaşdırılacaqdır**. Müsabiqədə
iştirak etmək istəyənlər tərəfindən Təşkilat
Komitəsinə aşağıdakı sənədlər təqdim
olunmalıdır:
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə
1.
Müsabiqədə iştirakla bağlı məktəb direktoru və
məktəb həmkarlar təşkilatı sədrinin təhsil
şöbəsində (idarəsində) qeydiyyata alınmış birgə
ərizəsi (forma əlavə edilir -
¹1)
əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi)
müdirinin və TİAHİ rayon təşkilatı sədrinin
həmin məktəbin müsabiqədə iştirakının irəli
sürülməsi haqqında Təşkilat Komitəsinə birgə
təqdimatı (forma əlavə olunur -
¹2)***.
2.
Müsabiqədə iştirak üçün müəyyən edilmiş şərtlərə
məktəbin fəaliyyətinin uyğunluğu haqqında
məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur
-
¹3).
3.
Şərtlərlə əlaqədar məktəbin göstəricilərini
təsdiq edən sənədlərin kserosurətləri (məktəbin
direktoru tərəfindən təsdiq edilir).
4.
Son 3 ildə məktəbdə təhsil və əmək
qanunvericiliyinə, təhlükəsizlik və sanitar
tələblərə əməl olunması vəziyyəti barədə məktəb
direktorunun arayışı (arayış yerli həmkarlar
təşkilatının rəsmi sənədləri əsasında yazılır və
müvafiq sənədlərin kserosurətləri əlavə olunur).
5.
Məktəbin fəaliyyəti haqqında R(Ş)TŞ(İ) müdirinin
qısa arayışı.
"Ən yaxşı müəllim" müsabiqəsi üzrə****
1.
Müsabiqədə iştirak üçün müəllimin Təşkilat
Komitəsinə ərizəsi (forma əlavə olunur -
¹4).
2.
Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş
şərtlərə müəllimin fəaliyyətinin uyğunluğu
haqqında məlumat (müvafiq forma üzrə şərtlər
əlavə olunur -
¹5).
3.
Şərtlərlə əlaqədar müəllimin göstəricilərini
təsdiq edən sənədlərin kserosurətləri (məktəb
direktoru tərəfindən təsdiq edilir).
4.
Müəllim haqqında məktəb direktoru və məktəb
həmkarlar təşkilatı sədrinin qısa
xasiyyətnaməsi.
* Naxçıvan MR-də müsabiqələr bilavasitə muxtar
respublikanın Təhsil Nazirliyi tərəfindən təşkil
olunur.
** Müəyyən olunmuş müddətdən sonra Təşkilat
Komitəsinə daxil olan sənədlər qəbul
edilməyəcəkdir.
*** Rayon (şəhər) tabeliyi olmayan ümumi təhsil
müəssisələrinin direktorları Təşkilat Komitəsinə
birbaşa müraciət edirlər.
**** Əsas iş yeri ümumtəhsil məktəbi olan və
müəllim işləyənlər (Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünü alan müəllimlər,
habelə direktor, direktor müavinləri və məktəb
psixoloqları istisna olunmaqla) iştirak edə
bilərlər.
Təşkilat Komitəsi |