Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - ¹39

 

"Göyərçin"in uşaqlara hədiyyəsi

 

Kiçikyaşlı uşaqların sevimli jurnalı olan "Göyərçin"in  bu günlərdə işıq üzü görmüş 9 və 10-cu nömrələri öz nəfis tərtibatı və dərc olunmuş yazılarının mövzusu və janr rəngarəngliyi ilə seçilir.

Jurnalın 9-cu nömrəsi "Dünyaya sülh gərəkdir" şeiri ilə açılır. Sonrakı al-əlvan səhifələrdə poeziya nümunəsi kimi verilmiş Ə.Quluzadənin, R.Möhsümün və Q.İsabəylinin uşaq təfəkkürünü canlandıran, vətən, ana, baba, təbiət haqqında səmimi, ülvi və dəyərli duyğuları əks etdirən şeirləri ideya-məzmun tutumu ilə maraqlıdır.

Dərginin bu nömrəsində İradə Aytelin "Eynəkli günəş", Rafiq Yusifoğlunun "Rəngli aylar", Günel Almazın "Payız", "Qorxaq kölgə", "Yuva", "Yağış" adlı dərc edilmiş  kiçik hekayələri, müxtəlif ölkələrin nağıllarından tərcümələr balaca oxucuları düşündürən mövzuları  əhatə edir.

Jurnalın 10-cu nömrəsinin ikinci səhifəsi isə R.Yusifoğlunun dövlət müstəqilliyi gününə həsr olunmuş "Gözün aydın, Azərbaycan" şeiri ilə başlayır.

Bu nömrədə də bir-birindən maraqlı şeirlər, hekayələr, nağıllarla yanaşı, uşaq rəsmlərindən nümunələr, şəkillər, balacaları təbriklər nömrənin məzmununa xüsusi bir əlvanlıq gətirir.

"Göyərçin"in hər iki nömrəsində verilmiş yazılar, şəkillər fidan balalarımızın saf dünyasını, şirin dilini, onların sadə göründüyü qədər qeyri-adi düşüncəsini formalaşdırmağa, zənginləşdirməyə xidmət edir. Elə buna görə də jurnalın bu nömrələri də, sübhəsiz, ömrümüzün bir parçası olan uşaqlar tərəfindən sonsuz sevinc və maraqla qarşılanacaq. 

ƏDALƏT

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov