Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - ¹39

 

Ümumtəhsil məktəbləri üçün kimya fənni kurikulumu (VII-XI siniflər)  haqqında

 

Təhsil islahatının hazırkı mərhələsində ümumtəhsil  məktəblərində  təbiət fənlərindən olan kimyanın müasir tələblər səviyyəsində tədrisi mühüm vəzifələrdən biri kimi qarşıda durur. Bu baxımdan  ənənəvi fənn proqramlarından köklü şəkildə fərqlənən, təlimin məqsədi, məzmunu, vasitə və üsulları, bu sahədəki fəaliyyətin səmərəliliyini yoxlamağın metod və vasitələrini özündə əks etdirən sənəd olan kimya fənni üzrə kurikulumun tətbiqi, şübhə yoxdur ki, təlimi yeni keyfiyyət səviyyəsinə yüksəltməyə zəmin yaradacaqdır.  Müasir insanın həyatını kimyasız təsəvvür etmək qeyri-mümkündür. Kimya insan həyatının demək olar ki, bütün sahələrinə nüfuz etmişdir. Bu mühüm amil nəzərə alınaraq kurikulumda göstərilir ki, kimyanın tədrisi zamanı şagirdlərə bu elmə maraq, riyazi hesablamalar, yeni texniki vasitələrdən istifadə etmək, təbiətdə baş verən hadisələri, maddi aləmdə gedən dəyişiklikləri dərk etmək,  həyatda, məişətdə ekoloji problemlərin həllində iştirak etmək bacarığı aşılanmalıdır.

Müasir mərhələdə şagirdlərə həyati bacarıqlar aşılanması zəruri tələb kimi qarşıya qoyulur. Fənyönümlü, elmyönümlü təlimdən fərqli olaraq müasir təlim prosesi şəxsiyyətyönümlü, şagirdyönümlü olmalıdır. Bu baxımdan kurikulumda şagirdlərə kimyanın tədrisi prosesində tədqiqatçılıq, analiz və sintez, təsnifetmə, sistemləşdirmə, qruplaşdırma, ümumiləşdirmə və konkretləşdirmə, mühakiməyürütmə, məntiqi düşünmə, müqayisə bacarıqlarının aşılanması diqqət mərkəzində saxlanılır.

Kurikulum təlimin praktik istiqamətinin gücləndirilməsini nəzərdə tutur. Məktəblilər kimya üzrə təcrübələr yerinə yetirməli,  modelləşdirmə, hesablama əməliyyatları aparmalıdırlar ki, bu da nəticə etibarilə onlarda mühüm keyfiyyətlər - çətinliklərin öhdəsindən gəlmək, iradə, əqli fəallıq, tədqiqatçılıq, müstəqillik, təşəbbüskarlıq  formalaşdırır.

Kurikulumun qarşıya qoyduğu məqsəd və vəzifələr hər bir şagirdin kimya fənni üzrə əldə etdiyi bilik və bacarıqların başqa fənlər üzrə bilik və bacarıqlarla  əlaqələndirməsini nəzərdə tutur. Burada belə bir cəhət də nəzərə alınıb ki, kimyadan minimum səviyyədə bilik və bacarıqları olmayan müasir insanın təhsilini daha yüksək pillədə inkişaf etdirib onu mühəndis, texnik, psixoloq, iqtisadçı, fizik, biznesmen, kimyaçı və s. ixtisas sahibi kimi formalaşdırmaq çətindir.

Kurikulumda şagirdlərin kimyaya dair ən mühüm bilik və bacarıqlara yiyələnməsi  üzrə işin sistemi şərh edilmiş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün müəllimin fəaliyyətinin əsas istiqamətləri, zəruri olan  təlim strategiyaları, metodlar və üsullar müəyyənləşdirilmişdir. Şübhə yoxdur ki, kurikulum ideyalarının müvafiq dərsliklər və müəllimlər üçün metodik vəsaitlər, tədris materialları vasitəsilə reallaşdırılması, müəllimlər üçün treninqlər, pedaqoji mətbuatda mütəxəssis şərhləri təlim prosesinin optimal təşkilinə zəmin yaradacaqdır.

Kimya fənni kurikulumunda fənnin məzmunu, məqsəd və vəzifələri, əhəmiyyəti şərh edilmiş, məzmun xətləri müəyyənləşdirilmiş, müvafiq təlim standartlarının xüsusiyyətləri, inteqrasiyası, hər bir sinif üzrə gözlənilən ümumi təlim nəticələri dəqiqləşdirilmişdir.

Ənənəvi fənn proqramlarından fərqli olaraq biz kimya fənni kurikulumunda təlim strategiyaları  termini ilə də qarşılaşırıq ki,  bu da geniş mənada fənnin tədrisinə verilən müasir tələbləri, təlimin təşkilinin forma və metodlarını, planlaşdırma nümunələrini əhatə edir.

Kurikulumun mühüm xüsusiyyətlərindən biri də fənn üzrə məzmun xətlərinin dəqiqləşdirilməsidir. Kimya fənni üzrə 4 məzmun xətti müəyyənləşdirilmişdir:

* Maddə və maddi aləm

* Kimyəvi hadisələr

* Eksperiment və modelləşdirmə

* Kimya və həyat

Maddə və maddi aləm  məzmun xətti maddənin tərkibini, quruluşunun, kimyəvi rabitələrin tiplərinin xassələrini, atom və molekulların, maddi aləmin düzgün dərk olunmasına, onlar haqqında mülahizələrin irəli sürülməsinə, şagirdlərdə tədqiqatçılıq meylinin inkişafına imkan yaradır. Yuxarı siniflərdə maddələrin onların quruluşundan asılılığının səbəblərini aydınlaşdırmaq, quruluşuna görə maddələrin xassələrini proqnozlaşdırmaq, həyatda rast gəlinən saf maddələri və qarışıqları bir-birindən fərqləndirmək, müxtəlif üsullardan istifadə etməklə qarışıqları ayırmaq bacarıqlarının formalaşması imkanlarını genişləndirir. Maddə və maddi aləm məzmun xəttinə aid materialın öyrənilməsi şagirdlərin zəhərli maddələrlə davranma, maddələrin tətbiqinə görə müəyyənləşdirmək sahəsində qabiliyyətlərinin inkişaf etməsinə təsir göstərir.

Kimyəvi  hadisələr məzmun xəttinə aid materialın mənimsənilməsi maddələrin bir-birinə çevrilməsi, bu çevrilmələrin qanunauyğunluqlarının və şəraitinin, maddələrin alınmasının dərk olunması kimyəvi reaksiyalar əsasında hesablamalar aparılması üçün imkan yaradır. Şagirdlər ətraf aləmdə baş verən çevrilmələrdən həyati məqsədlər üçün istifadə bacarıqları qazanırlar. Bu məzmun xətti şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin güclənməsində mühüm rol oynayan kimyəvi çevrilmələri öyrənməyə imkan verir.

Eksperiment və modelləşdirmə məzmun xətti maddələrin quruluşunun və xassələrinin öyrənilməsində əldə olunan bilik və bacarıqların eksperiment yolu ilə modelləşdirilməsi, kimyəvi reaksiyaların təcrübədə göstərilməsi, molekulların, kristal qəfəslərin üçölçülü modellərinin hazırlanması şagirdlərdə praktiki vərdişlərin yaranmasını, nəzəri məlumatların praktikada tətbiq olunması bacarıqlarının formalaşmasını təmin edir. Bu məzmun xətti fəza təsəvvürlərinin inkişafına səbəb olur. Əldə olunmuş bilik və bacarıqların daha dolğun şərh edilməsinə imkan yaranır. Maddələrin keyfiyyət və kəmiyyət tərkibinin analizi və elmi tədqiqat işləri aparmaq üçün zəmin yaradır.

Kimya və həyat məzmun xətti təbiətə və bütünlükdə bəşəriyyətə böyük zərər vura biləcək maddələrin müəyyənləşdirilməsini və onların həyatın istənilən sahəsində zərər vurmadan tətbiq olunmasını təmin edir. Bütün bunlar kimya fənni kurikulumunun məktəbdə, təlimin yeni keyfiyyət səviyyəsinə qaldırılmasına, şagird şəxsiyyətinin formalaşmasında, məktəblilərə həyati bacarıqlar aşılanmasında bu fənnin imkanlarından optimal istifadə olunacağına inam yaradır. Göründüyü kimi, müəyyənləşdirilmiş məzmun xətləri orta məktəbdə kimya fənninin məzmununu tam əhatə edir. Şagirdlərin kimya üzrə zəruri bilik və bacarıqlara yiyələnməsinə zəmin yaradır.

Kurikulumda aşağıdakı fəaliyyət xətlərinin dəqiqləşdirilməsi də müəllimin təlim prosesini düzgün təşkil etməsi baxımından əhəmiyyətlidir: maddələri adlandırmaq, təyin etmək, tərtib etmək, səciyyələndirmək, izah etmək, maddələr və laboratoriya avadanlığı ilə işləmək, kimyəvi təcrübələri yerinə yetirmək, hesablamaq,  təhlükəsizlik texnikası qaydalarına əməl etmək, ümumiləşdirmək və təsnif etmək, təqdimat,  problemləri həll etmək, məsələ və çalışma həlli, kimyəvi hesablamalar aparmaq, təqdimat keçirmək.

Göründüyü kimi, fəaliyyət xətləri məzmun xətlərindən fərqlənməklə yanaşı, onların hər biri ilə əlaqədardır. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları təsvir etmək məqsədi daşıyır və şagirdlər tərəfindən kimya fənninin dərk edilməsinə, ona kompleks bacarıqların toplusu kimi baxılmasına xidmət edir. Şagird kimyadan mənimsəyəcəyi məzmuna müxtəlif fəaliyyət vasitəsilə nail ola bilər. O, fəaliyyət zamanı problemlərini həll etmək üçün mühakimələr yürüdür, onları sübut edir, kimyəvi məsələlərin müzakirəsində iştirak edir.

Fəaliyyət xətləri şagirdlərin praktiki fəaliyyətinin güclənməyinə xidmət edir. Kurikulumun üstünlüklərindən biri də təhsil standartlarının dəqiqləşdirilməsidir. Bu, müəllimə dərs ili boyu fənn üzrə şagirdlərin hansı bacarıqlarının formalaşmasını, dərs ilinin sonunda hansı təlim nəticələrinin əldə edilməsini bilməyə və öz fəaliyyətlərini bu nəticələrə istiqamətləndirməyə imkan verir.

Digər təlim fənləri kimi, kimya dərslərində də fəndaxili və fənlərarası inteqrasiyanın böyük əhəmiyyəti var. Qeyd olunanlar nəzərə alınaraq, kimya fənn kurikulumunda fəndaxili və fənlərarası inteqrasiya növlərinə xüsusi diqqət yetirilmişdir. Məlumdur ki, kimya fənni maddi aləmin dərk edilməsində təbiət hadisələrinin öyrənilməsini, qarşılıqlı əlaqəsini fənnin tədrisində inteqrasiyanın tətbiq edilməsinə olan zərurətin daha yüksək olmasına əsas verir, inteqrativlik baxımından kimyanın rolunu göstərir.

Məlumdur ki, kimyanın interaktiv təlimi zamanı şagirdlərə sərbəst düşünmək, qruplarla işləmək, məsələlərin həllinə kompleks yanaşmaq, mövzulararası əlaqəni yaratmaq, təlim prosesini qiymətləndirmək və s. öyrədilir. Kurikulumda bu baxımdan qrup işi, əməkdaşlıq, resurslardan istifadə, portfolio, əlaqələndirmə və s. əhəmiyyəti  xüsusi qeyd edilir.

Kimya fənn kurikulumunda məzmun standartları və onların inteqrasiya cədvəlində (VII-XI) sinif şagirdlərinin sinfin sonunda əldə edəcəyi bacarıqlar, hansı mövzuların mənimsəniləcəyi də dəqiq göstərilir. Kurikulumda kimya fənninin təlimin təşkilinə verilən əsas tələblər, təlimin təşkili formaları, sosial-pedaqoji şərtlər, psixoloji - didaktik şərtlər, təlim metodları öz əksini tapmışdır. Bütün bunlar müəllimin təlim prosesində bələdçilik fəaliyyətinin təşkili baxımından son dərəcə vacibdir.

Məsələn, kurikulumda kimya dərslərində evristik metodun tətbiqi xüsusiyyətləri  şərh edilib. Evristik metoddan IX sinifdə elektrolitlər və qeyri-elektrolitlər mövzusunda istifadə olunub, bu metod təcrübə nümunəsində sınaqdan keçirilib. Eksperimentlə bağlı VIII sinifdə problemli mövzulara toxunulub, qarışıqlar və kimyəvi birləşmələrin fərqləndirilməsi, allotropik modifikasiyaların xassələrinin tədqiqi, turşuların, əsasların və duzların tərkibinin müəyyənləşdirilməsinə aid reaksiyaların tədqiqi və s. öz əksini tapib.

Kurikulumda fənn üzrə təlimin planlaşdırılmasına dair nümunələrin verilməsi də müəllimin işinin asanlaşdırılmasına, düzgün istiqamətləndirilməsinə xidmət edir. İllik və cari planlaşdırma, məzmunun müəyyənləşdirilməsi, məqsədin müəyyənləşdirilməsi, strategiyanın hazırlanması, resursların seçilməsi və s. məsələlərin şərhi müəllimlərə metodik kömək baxımından çox əhəmiyyətlidir.

Şagirdlərin bacarıqlarının, təlim nəticələrinin qiymətləndirilməsi ilə bağlı məsələlər də kurikulumda öz əksini dolğun şəkildə tapmışdır.  Siniflər üzrə qiymətləndirməyə dair nümunələr bu sahədəki ciddi yeniliklərin əhəmiyyətini bir daha sübut edir. Kurikulumun inteqrativ səciyyəsi şagirdlərin əldə etdikləri bilik və bacarıqlarda özünü göstərir. Belə ki, kurikulumda, haqlı olaraq, şagirdlərin fənn üzrə bilik və bacarıqlarının digər fənlərlə bütöv məntiqi əlaqə əsasında mənimsənilməsi zəruri sayılıb. Bu zaman dünyada mövcud olan cansız və canlı varlıqların ayrı-ayrı maddələrdən və onların qarışıqlarından ibarət olması, təbiətdə mövcud olan maddələrdən başqa insanların özlərinin çoxlu yeni maddələr alması (gübrələr, plastik kütlələr, sintetik kauçuklar, liflər, dərman maddələri və s.), kimya fənninin fizika, biologiya, coğrafiya elmləri ilə əlaqəli şərhi diqqət mərkəzində saxlanılmışdır.

Kurikulumun inteqrativ xarakterli olması təlim prosesinin səmərəliliyini artırmağa, yeni təlim texnologiyalarından, fəal, interaktiv təlim metodlarından optimal istifadəyə, vaxta qənaət etməyə, təlim yükünün azaldılmasına, təlimə marağın yüksəldilməsinə, bilik və bacarıqların kompleks şəklində mənimsənilməsinə imkan verir.

Kimya fənni üzrə kurikulum müəllimi pedaqoji yaradıcılığa, konkret situasiyadan çıxış edərək, öz imkan və şəraitlərinə görə təlim strategiyaları seçməyə, məktəblilərin tədqiqatçılıq fəaliyyətini təşkil etməyə  istiqamətləndirir. Respublikamızın nüfuzlu kimyaçı alimlərindən və praktik müəllimlərindən ibarət nüfuzlu işçi qrupu tərəfindən hazırlanmış, beynəlxalq standartlara cavab verən kurikulumun məqsədyönlü tətbiqi kimya təliminin müasir tələblər səviyyəsində təşkilinə, şagird şəxsiyyətinin formalaşmasında, məktəblilərə zəruri həyati bacarıqlar aşılanmasında bu fənnin imkanlarından optimal istifadə olunacağına inam yaradır. 

Aynur ZÜLFÜQAROVA,
Ağdam şəhər 32 nömrəli tam orta məktəbin
kimya müəllimi,
 kimya kurikulumu üzrə
Təhsil Nazirliyinin ekspert qrupunun üzvü

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov