Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - ¹39

 

Xarici dil kurikulumu və onun təlimdə tətbiqi

 

Bu gün yeni kurikulumların orta məktəblərdə tətbiqi sahəsində çox böyük işlər gedir. Bu, biz müəllimləri xarici dil fənninin tədrisində səmərəli dəyişikliklər etməyə sövq edir. Müasir xarici dil kurikulumu bu gün gənclərin  baxışlarını dəyişən və eləcə də öz ölkəsini bütün dünyada tanıtdıran bir şəxsiyyət kimi formalaşdırılmasına xidmət edir. İngilis dilinin dünyada geniş yayıldığı bir dövrdə təlim prosesinin müasir standartların tətbiqi üzrə uğurlu nəticələri əldə etməsi daha önəmlidir. Bugünkü şagirdlər ingilis dilini kontekstdə işlətməkdə, sərbəst fikir söyləməkdə və eləcə də xarici ölkələrdə təhsil almaq məqsədilə öyrənməkdə daha çox maraqlıdır. Yeni kurikulumda bu tələblər nəzərə alınmışdır. Belə ki, o, şagirdlərə təkcə dilin elmi şəkildə qavranılmasını yox, eləcə də sivil davranışlara, müxtəlif mədəniyyətlərə dair və real həyat şəraitində bilik və bacarıqlar əldə olunmasına kömək edir.Yeni məzmun xətləri və xarici dil standartları dilin diskurs və ya autentik formada müasir davranışlar, mədəniyyətlər və dəyərlər qazanılmasına xidmət edir. 

İngilis dili müəllimi kimi çalışdığım Bakıdakı 193 nömrəli məktəb xarici dil kurikulumunun tətbiqi sahəsində bir çox uğurlar qazanmışdır. Elə buna görə də məktəbimizin iki xarici dil müəllimi "Ən yaxşı müəllim" müsabiqəsində qalib gəlmiş, eləcə də məktəbimiz bu il "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsində yer tutmuşdur. Məktəbimizdə kurikulumların tətbiqi və əldə edilən uğurlu nəticələr barədə bir neçə müzakirə və rayon səviyyəsində seminarlar keçirilmişdir. Müasir dərslərin texniki vasitələrlə nümayişi məktəbdə qarşıya qoyulan məqsədlərdən biridir. Elə buna görə də Təhsil Nazirliyi və İnteraktiv Təlim Texnologiyası "Smart Tecnologies" xətti üzrə məktəbimizdə MİMİO kursu təşkil edilmiş və çoxlu müəllim burada iştirak edərək dərslərin müasir texnologiya ilə aparılması yollarına yiyələnmişdir.

Yeni kurikulumlarla xarici dil dərsləri müasir avadanlıqlar və yeni metodlar əsasında keçilir, təlim prosesində şagirdlərimiz müxtəlif mövzular ətrafında geniş informasiyalar, seçimlər əldə edir və zəngin dil bacarıqlarına yiyələnirlər. Artıq şagirdlərimiz xarici dili kitablardan çox bir-biri ilə işgüzar ünsiyyət yaradaraq, nitq modellərindən istifadə edərək öyrənir, istənilən situasiyada dialoq qura bilirlər.

Şagirdlərimiz mətnləri oxuyub-əzbərləyib danışmaq əvəzinə, onların diskləri vasitəsi ilə və ya şagirdlərin özləri tərəfindən ucadan oxunub dinlənilməsinə nail olur, onlar üzərində kiçik və ya geniş təhlillərin aparılması, yeni sözlərin seçilməsi, sinonim, antonim və omonimlərin tapılması, mətnlərin şəkillər üzrə oxunması, mətnə aid səhv və düzgün fikirlərin müəyyən edilməsi, mətnlərin şərhi və  rollarla ifa olunması kimi müasir üsullar və səmərəli yollarla dili öyrənirlər. Kommunikativ yanaşma üçün ən səmərəli mənbələr real həyatla bağlı olan obyektlər, autentik materiallar, müasir texniki vasitələr və İnternet resurslarıdır. Sosial şəbəkədə ünsiyyət, İnternet vasitəsilə fikir mübadiləsi, xarici nümayəndələrlə canlı dialoq, hər hansı bir mövzu və ya şəkil üzərində situasiya xarici dilin müasir yollarla mənimsənilməsinə xidmət edir.

Şagirdlərimiz qazandıqları bilikləri nəzəri ideyalarla yox, praktiki fəaliyyətlər, təqdimatlar və rollu oyunlarla çatdırırlar.Yeni texnologiya elə biliyin praktikada tətbiqi deməkdir. Bu gün şagirdlərdən məntiq, idrak, yaradıcı fəaliyyət, sərbəst düşüncə, mühakimə yürütmək, müşahidə aparmaq, başqalarının fikrinə qarşı öz rəyini bildrmək, qərar qəbul etmək və cəmiyyətin həyatında yaxından iştirak etmək kimi bacarıqlar tələb olunur. Xarici dil fənni də öz məzmun  xətləri ilə bu məqsədlərin həyata keçməsinə xidmət edir.

Bugünkü xarici dil müəllimi dünya pedaqoji texnologiyasında sınaqdan çıxmış metodlar sistemindən istifadə etməli, bu metodlar sisteminin milli dəyərlərə əsaslanan orijinal modelini yaratmağa çalışmalıdır. 

Xədicə BAĞIROVA,
Bakıdakı M.Şəhriyar adına 193 nömrəli orta məktəbin ingilis dili müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov