|
|
|
2011-ci il
üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb |
|
|
|
Stokholmda
İsveç Nobel Komitəsi 2011-ci il üzrə Nobel
mükafatı laureatlarının adlarını açıqlayıb. Bu
barədə Nobel Komitəsi məlumat yayıb. Fiziologiya
və təbabət sahəsində Nobel mükafatına
professorlar Bryüs Boytler (Amerika), Ralf
Ştaynman (Kanada) və Jül Xofman (Lüksemburq)
layiq görülüblər. Karolina Tibb İnstitutundan
verilmiş məlumata əsasən onlar immunologiya,
xüsusən anadangəlmə immunitet sahəsində inqilabi
araşdırmalarına görə Nobel mükafatına sahib
çıxıblar. Ənənəyə uyğun olaraq təbabət və
fiziologiya üzrə qaliblər Stokholmdakı dünyanın
ən yaxşı tibb universitetlərindən biri hesab
olunan Karolina İnstitutunun 50 professoru
tərəfindən müzakirə olunaraq dəstəklənib. Jül
Xofman anadangəlmə immunitetdə Toll geninin
mühüm rolunu kəşf edib. Bryüs Boytler Toll-a
bənzər reseptorları tədqiq edib.
Ralf Ştaynman dendrit hüceyrələrin başlıca
roluna dair araşdırmalarına görə mükafata layiq
görülüb. Alimlər araşdırmaları ilə infeksiya
xəstəliklərilə mübarizə sahəsində inqilabi
metodların yaradılmasına təkan veriblər.
Professorlar Boytler və Xofman orqanizmin ön
müdafiə xətti olan immun sisteminin
aktivləşdirilməsi sahəsində araşdırmalar
aparıblar. Professor Ştaynman isə infeksiya
xəstəliklərinə dentritik hüceyrələrin köməyi ilə
üstün gəlmək yolunu kəşf edib. Xatırladaq ki,
builki Nobel mükafatının həcmi, həmişə olduğu
kimi, 10 milyon İsveç kronudur (1,4 milyon ABŞ
dolları). Mükafatın təqdim olunması mərasimi
dekabrın 10-da Stokholmda keçiriləcək.
Anadangəlmə immunitet - bu, canlı orqanizmlərin
hətta əvvəllər heç bir vaxt kontaktda
olmadıqları patogen hüceyrələri aşkar etmək və
onları zərərsizləşdirmək qabiliyyətidir. Təkamül
nöqteyi-nəzərdən bu, ən qədim sistemdir və bütün
çoxhüceyrəli heyvan və bitki orqanizmlərində
mövcuddur.
Təbabət və fiziologiya üzrə qaliblər
|
Jül Xofman 1941-ci ildə Lüksemburqda
anadan olub, Fransa Elmlər
Akademiyasının (2007-2008-ci illər)
sabiq prezidentidir. 1964-cü ildən CNRS
sistemində çalışır. 1996-cı ildə
drozofilləri tədqiq edən alim Toll
geninin anadangəlmə immun sistemində
rolunu kəşf edib. Xofmanın kəşfi 1995-ci
ildə Nobel mükafata layiq görülmüş
almaniyalı professor Kristian
Nuslyn-Folxardın işlərinə əsaslanır. |
|
|
|
Bryüs Boytler 1957-ci ildə Amerikada
anadan olub, Kaliforniyadakı Skripps
İnstitutunun genetika bölməsinin
rəhbəridir.1998-ci ildəki Toll-a bənzər
reseptorlara həsr olunmuş işlərinə görə
Nobel mükafatına layiq görülüb. Siçanlar
üzərində tədqiqatlar aparan alim müəyyən
edib ki, drozofil və təkhüceyrəlilər
oxşar anadangəlmə immun mexanizminə
malikdirlər. Boytlerin kəşfi növlü
immunitetin tədqiqatında sıçrayışa səbəb
olub və hazırda insan və siçan
orqanizmlərində çoxlu miqdarda Toll
reseptorları tapılıb ki, onlar zərərli
bakteriya molekullarına təsir edirlər. |
|
|
|
Ralf Ştaynman 1943-cü ildə Kanadada
anadan olub, Amerikadakı Rokfellər
Universitetinin professorudur. Qeyd edək
ki, tibb üzrə 2011-ci ildə Nobel
mükafatı laureatı adına layiq görülmüş
Ralf Ştaynman sentyabrın 30-da vəfat
edib. Bu xəbəri ABŞ-ın Rokfeller
Universitetinin rəsmi nümayəndəsi
bildirib. Həkimlər 2 il bundan əvvəl
alimin mədəaltı vəzisində xərçəng
xəstəliyi aşkar ediblər. Xatırladaq ki,
Nobel Komitəsinin nizamnaməsinə görə,
heç bir alimə ölümündən sonra Nobel
mükafatı verilmir. Komitə Ştaynmanın
ölümündən xəbərsiz olduğunu açıqlayıb.
Ştaynmanın ölüm xəbərindən Komitə 3 gün
sonra xəbərdar olub. Beləliklə də
Ştaynmanın Nobel mükafatına layiq
görülməsinə dair qərar qüvvədə qalıb.
Nobel Komitəsinin baş katibi Qoran
Xansson Ştaynmanla bağlı olan vəziyyəti
unikal situasiya adlandırıb. Çünki alim
Nobel mükafatı ilə təltif olunmasına
dair qərarın qəbul olunmasına bir neçə
saat qalmış dünyasını dəyişib. |
|
|
Fizika üzrə qaliblər
|
|
|
Oktyabrın 4-də Stokholmda fizika
sahəsində Nobel mükafatı qaliblərinin
adları açıqlanıb. Amerikalı alimlər Sol
Perlmutter və Adam Rayss, həmçinin
avstraliyalı Brayan Şmidt kosmologiya
sahəsində işlərinə görə bu mükafata
layiq görülüb. Fizika üzrə Nobel
mükafatının məbləği 1,44 milyon
dollardır. Mükafatın tam yarısı Sol
Perlmutterə çatacaq, digər yarısı isə
Brayan Şmidtlə Adam Rayss arasında
bölünəcək. |
|
Sol Perlmutter 1959-cu ildə Amerikanın
İllinoys ştatında, Urbana şəhərində
anadan olub. O, Kaliforniya
Universitetinin astrofizika
professorudur.
|
|
|
|
Adam Rayss 1969-cu ildə Vaşinqtonda
anadan olub. O, Baltimordakı Kosmik
Teleskopiya Elmi-Tədqiqatlar
İnstitutunun və Con Hopkins
Universitetinin astronomiya və fizika
professorudur. |
|
|
|
Brayan Şmidt Amerika və Avstraliya
vətəndaşıdır. O, 1967-ci ildə ABŞ-ın
Montana ştatının Missule şəhərində
anadan olub. Hazırda Avstraliya Milli
Universitetində çalışır. |
|
|
Kimya üzrə qalib |
|
|
|
Oktyabrın 5-də Nobel Komitəsi kimya üzrə
ən mötəbər elmi mükafata İsrail alimi
Daniel Şextmanı kvazikristalları kəşf
etdiyinə görə layiq görüb. Mükafatın
həcmi on milyon İsveç kronudur (1,4
milyon ABŞ dolları). Kvazikristallar adi
kristal və amorf maddələr kimi bərk
maddələrin struktur formalarından
biridir. 70 yaşlı alim bu xəbəri böyük
sevinclə qarşılayıb. |
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|