Dərs ilinin ilk günlərində məktəbimizdə "Müasir
kurikulumlar və yeni təlim strategiyaları"
mövzusunda treninq keçirilmişdir. Treninqi
məktəbin direktoru, Azərbaycan Respublikasının
əməkdar müəllimi İ.Verdiyev aparmışdır.
Treninqdə müasir kurikulumlar, orada əhatə
olunan əsas məsələlər və prinsiplər, müasir
təlim strategiyaları, təlimin formaları, o
cümlədən fəal təlim üsulları, fəal təlimin
ənənəvi təlimdən fərqli və üstün cəhətləri
barədə geniş məlumat verilmişdir. Məlumatlar
cədvəl, sxem, qrafik və şəkillər əsasında
hazırlanmış slaydlarla müşayiət edilmişdir.
Maraqlı keçən treninqdə müəllimləri düşündürən
bir çox məsələlər aydınlaşdırılmış, fikir
mübadiləsi aparılmışdır. Tədbirdə habelə
müəllimlərin iş təcrübələrindən geniş söhbət
açılmış və faydalı təkliflər səslənmişdir.
Treninq materialları, toplanmış iş təcrübəsi və
təkliflər nəzərə alınaraq müəllimlər üçün
tövsiyələr hazırlanmışdır. Gələcəkdə bu cür
maarifləndirici tədbirlərin davam etdirilməsi
nəzərdə tutulur.
Nazim HƏSƏNOV,
Oğuz rayonu, Yaqublu kənd orta məktəbinin
direktor müavini |