Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - ¹39

 

Mərkəzin 3 üzvü beynəlxalq incəsənət müsabiqəsinin medalını qazanıb

 

Bu yaxınlarda İordaniya Haşimilər  Krallığının Tərbiyə və Təhsil Nazirliyi tərəfindən 6-16 yaşlı uşaqlar arasında rəssamlıq, qrafika, fotoqrafika, keramika sənəti üzrə Beynəlxalq incəsənət müsabiqəsi keçirilmişdir. Həmin müsabiqəyə  Bakı Şəhər  Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm və gənc fototurist dərnəyinin üzvləri də qatılmışdı. 47 gəncin ən yaxşı rəsm işləri və 39 foto bu müsabiqəyə göndərilmişdi.

Mərkəzin direktoru  Lalə Qətinin sözlərinə görə, müsabiqənin nəticəsi  böyük həyəcanla gözlənilirdi.  Nəhayət, eşitdik ki,  mərkəzin 3 üzvü qaliblər sırasına çıxıb. Ləman Ağazadə  bürünc medal, Şəbnəm İsmixanova  və Darya Arefyeva medal və diplomlara layiq görülüblər.

Oktyabrın 5-də  İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyində  qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Öncə mərkəzin direktoru  Lalə Qəti çıxış edərək mərkəz haqqında məlumat verib. Qeyd edib ki, mərkəzdə 2000-ə yaxın uşaq, yeniyetmə  və gənc  32  adda dərnəkdə öz asudə vaxtlarını səmərəli və faydalı keçirir. Gənclərin dünyagörüşünün formalaşdırılması, istedad  və  qabiliyyətlərinin üzə çıxarılması  məqsədilə  vaxtaşırı   təşkil olunan mədəni-kütləvi  tədbirlər  mühüm əhəmiyyət kəsb edir. Mərkəzin üzvləri  nəinki respublikamızda, hətta beynəlxalq  səviyyəli festival və  müsabiqələrdə də   böyük uğur və nailiyyətlər qazanır. 

Tədbirdə uşaqların istedad və bacarıqlarının üzə çıxarılmasında böyük əməyi olan Nərmin Abdullayeva, direktor müavini  Kəmalə  Əncümənnur və valideynlər  çıxış edərək qalibləri təbrik ediblər.

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Adel Mohammad Adaileh  uşaqları salamlayaraq onlara  medal və diplomları, müsabiqə kataloqunu təqdim edib və qaliblərə gələcək fəaliyyətlərində yaradıcılıq uğurları, daha böyük nailiyyətlər arzulayıb.

Mərasimin sonunda  direktor Lalə Qəti mərkəzin  emblemi olan döş nişanını və mərkəz haqqında buklet,  suvenir və hədiyyələri səfirliyin nümayəndəsinə təqdim edib. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov