Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - ¹39

 

"Elitar" gimnaziyanın IV sinif şagirdləri körpələr evinin balaca sakinlərini sevindirdilər

 

Ölkəmizin təhsil sistemində təlim-tərbiyənin təşkili bir çox aspektlər üzərində qurulub. Azərbaycan dövlətinə və xalqına layiqli, vətənpərvər, humanist vətəndaş yetişdirilməsi hər bir təhsil müəssisəsinin əsas vəzifəsi hesab edilir. Bu məqsədlə tədris ocaqlarında müxtəlif tədbirlər keçirilir, şagirdlərə insani keyfiyyətləri aşılamaq üçün kimsəsiz uşaq və qocalar evlərinə mütəmadi olaraq ziyarətlər təşkil olunur. Belə tədbirlərdən biri də oktyabrın 5-də Bakıdakı İlyas Əfəndiyev adına "Elitar" gimnaziyanın ibtidai sinif müəllimi Nailə Məmmədovanın IV sinif şagirdlərinin iştirakı ilə 1 nömrəli körpələr evində təşkil etdiyi tədbir idi. Körpələr evinə getməyi səbirsizliklə gözləyən şagirdlər sıra ilə gimnaziyanın qarşısında düzülmüşlər. Nailə müəllim şagirdlərə körpələr evindəki uşaqlarla həssas davranmağı, onlara nəvaziş göstərməyi tapşırdı.  Sonra şagirdlər nizam ilə onları körpələr  evinə  aparan  avtobusa  əyləşdilər. Qısa  müddət  yol getdikdən sonra biz paytaxtın Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinə çatdıq. Körpələr evinin rəhbərliyi və kollektivi kiçik qonaqlarını gülərüzlə qarşılayaraq onları içəri dəvət etdilər. Səliqə-sahmanlı, hər bir avadanlıqla təchiz olunmuş bu məkan uşaqların zövqünü oxşasa da, lakin oranın kiçik sakinlərinin gözlərindəki valideyn həsrəti insanın ürəyini qana döndərirdi.

Tədbiri giriş sözü ilə açan 1 nömrəli körpələr evinin baş həkimi Nəhayət Əliyeva qonaqları salamlayaraq, rəhbərlik etdiyi müəssisənin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evi 1932-ci ildən fəaliyyət göstərir. Müəssisəyə atılmış və imtina olunmuş uşaqlar daxil olunur. Onlar dörd yaşına qədər körpələr evində qaldıqdan sonra Təhsil Nazirliyinin tabeliyində olan uşaq evlərinə göndərilir. 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan körpələr evi müasir avadanlıqlarla təchiz edilmiş və körpələrin böyüyüb başa çatması üçün hər bir şərait yaradılmışdır. Daim dövlətin diqqət və qayğısını üzərlərində hiss etdiklərini bildirən N.Əliyeva qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva dəfələrlə müəssisəyə gəlmiş, körpələr evinin problemlərinin həll olunmasına köməklik göstərmişdir. Hazırda müəssisədəki körpələrin istər qida baxımından, istərsə də geyim ilə yüksək səviyyədə təmin olunduğunu vurğulayan N.Əliyeva yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Belə tədbirlərin keçirilməsinin vacibliyini söyləyən N.Əliyeva atılmış və imtina edilmiş körpələrin şagirdlərə əyani surətdə göstərilməsi gələcəkdə onlarda humanist hisslərin formalaşmasında müsbət rol oynayacağını vurğuladı.

Tədbirdə çıxış edən "Elitar" gimnaziyanın IV sinif müəllimi Nailə Məmmədova gimnaziyada belə tədbirlərin keçirilməsinin ənənə halı aldığını və bunun şagirdlərə müsbət təsir etdiyini bildirdi. N.Məmmədova hər bir körpənin ana qayğısı, ata nəvazişinə ehtiyacı olduğunu və bu ehtiyacı başqa bir şeylə əvəz etməyin mümkünsüzlüyünü şagirdlərin diqqətinə çatdırdı. Qeyd etdi ki, hər bir valideyn maddi imkanından asılı olmayaraq həyata gətirdiyi övladının qayğısını çəkməli, onun ehtiyaclarını ödəməlidir. Hər bir körpənin sevgi və qayğıya mənəvi haqqı var. Körpələr evində tərbiyə almış uşaqlarla davranarkən diqqətli olmağı şagirdlərə tövsiyə edən Nailə müəllim bildirdi ki, onlara qarşı törədilən kiçik bir səhv ağır yara ola bilər. Tədbirin keçirilməsində göstərdikləri köməkliyə görə körpələr evinin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirən N.Məmmədova onlara gələcək işlərində uğurlar arzuladı.

Sonra şagirdlərdən İlyas Əfəndiyev-Həmidli, Xalidə Məmmədova, Ayxan Quluzadə və başqaları şeirlər söyləyib, mahnılar oxudular. Müəssisədəki körpələrlə oynayan şagirdlər onlara nəvaziş göstərdilər. Gətirdikləri oyuncaqları körpələrə hədiyyə edən balaca qonaqlar onlarla xatirə şəkilləri çəkdirdilər. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov