Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - ¹39

 

Sentyabrın 30-da təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk və proqram koordinatoru Fidan Ağacanova ilə görüşüb

 

Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamladıqdan sonra Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və bu əlaqələrin son illər daha da inkişaf etdiyindən söz açıb. Nazir Koreya ilə əməkdaşlıq çərçivəsində təhsil sahəsi üzrə səmərəli əlaqələri, ali və peşə təhsili istiqamətində birgə aparılan layihələrdə Koreya tərəfinin göstərdiyi dəstəyi xüsusi qeyd edib. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin gördüyü işlərdən danışan Misir Mərdanov bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb.

Təhsil naziri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Azərbaycan Texniki Universitetində həyata keçiriləcək "Təhsil informasiya sisteminin yaradılması" layihəsindən bəhs edib və əsas məqsədi elektron təhsil sisteminin yaradılması olan bu layihənin dövlət başçısının mövcud istiqamətdə yeritdiyi siyasətə uyğun olduğunu vurğulayıb.

 Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Öncə Kim Eun Suk təmsil olunduğu agentliyin ölkəmizdə reallaşdırdığı layihələrin əhəmiyyətli nəticələrini qeyd edib. Azərbaycana bir ay öncə gəldiyini nəzərə çatdıran qonaq təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından yeni layihələrin reallaşdırılmasının önəmli olduğunu vurğulayıb. Kim Eun Suk eyni zamanda təhsil sahəsi üzrə prioritet layihələrin qısa müddətdə müəyyənləşdirilməsinin məqsədəuyğunluğunu bildirib. Qonaq onu da əlavə edib ki, həmin layihələr öz təsdiqini tapdıqdan sonra müvafiq istiqamətdə iş aparılacaq.

Misir Mərdanov Təhsil Nazirliyində elektron sənəd dövriyyəsinin təşkili işində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyinin əhəmiyyətini qeyd edib, yaxın günlərdə isə yeni layihələrin müəyyənləşdiriləcəyini nəzərə çatdırıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov