Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin "Mirzə Ələkbər Sabirin 150 illik
yubileyinin keçirilməsi haqqında" 1 iyun 2010-cu
il tarixli, 941 nömrəli Sərəncamının icrası ilə
əlaqədar Təhsil Nazirliyinin tədbirlər planına
uyğun olaraq
ƏMR EDİRƏM:
1. 2012-ci il yanvar-fevral ayları ərzində
ümumtəhsil məktəblərinin IX-XI sinif
şagirdlərinin iştirakı ilə "Böyük Azərbaycan
şairi M.Ə.Sabir haqqında düşüncələrim"
mövzusunda inşa yazı müsabiqəsi keçirilsin.
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,
rayon (şəhər) təhsil şöbələri, nazirlik
nəzdindəki ümumi təhsil müəssisələrinin
direktorları inşa müsabiqəsinin mütəşəkkil və
yüksək səviyyədə keçirilməsini təmin etmək
məqsədilə müvafiq işçi qrupu yaratsınlar,
müsabiqənin rayon (şəhər) mərhələsinin
qaliblərinin inşa yazılarını və onlar haqqında
məlumatı (Naxçıvan MR və Bakı şəhərindən 5 (beş)
nəfər, Gəncə şəhərindən 2 (iki) nəfər, digər
rayon və şəhərlərin, nazirlik nəzdindəki ümumi
təhsil müəssisələrinin hər birindən 1 (bir)
nəfər) 2012-ci il martın 10-dək Təhsil
Nazirliyinə göndərsinlər.
3. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd
rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov)
yerlərdən daxil olan inşa yazıların yoxlanması
və müsabiqənin ölkə üzrə qaliblərinin obyektiv
seçilməsi məqsədilə mütəxəssislərdən ibarət
müsabiqə komissiyası təşkil etsinlər, yekun
nəticələr barədə rəhbərliyə hesabat
hazırlasınlar.
4. Müsabiqənin ölkə üzrə qalibləri üçün
aşağıdakı qaydada kvota müəyyən olunsun:
I yer - 5 nəfər
II yer - 10 nəfər
III yer - 20 nəfər
5. Müsabiqə qalibləri tutduqları yerlərə görə
müvafiq dərəcəli diplomlarla təltif edilsinlər.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını təmin
etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 oktyabr 2011-ci il |