Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - ¹38

 

BSU-da jurnalistika fakültəsi yaradılıb

 

Son illərdə BSU-nun ixtisasları sırasına yeni ixtisaslar - jurnalistika  və Azərbaycan filologiyası da əlavə olundu və filologiya fakültəsinin nəzdində jurnalistika, Azərbaycan filologiyası şöbələri yaradıldı. Həmin dövrdən peşəkar kadr potensialı, elmi-metodik və texniki baza formalaşdı, səmərəli beynəlxalq əməkdaşlıq həyata keçirildi, praktik jurnalistika ilə məşğul olan mütəxəssislər və xarici ekspertlər bu işə cəlb olundu. Müasirliyə uyğun proqramlar, vəsaitlər hazırlandı, ən yeni avadanlıqlar tələbələrin istifadəsinə verildi. Artıq şöbənin məzunları - bakalavr və magistrantlar  respublika mediasında uğurla fəaliyyət göstərir. Eyni zamanda BSU-da Azərbaycan filologiyası üzrə də on ilə yaxındır ki, kadr hazırlanır.  Bu ənənəvi ixtisas üzrə də BSU öz yenilikləri ilə seçilir. Uzun illərdir respublikamızda unudulmuş folklor və dialektoloji təcrübə bərpa olunub, yaradıcı ədiblər tədrisə cəlb edilib, tələbələr xarici, o cümlədən slavyan dillərini öyrənir, regionlarımızda, eləcə də qaçqın məktəblərində pedaqoji təcrübə keçirlər...  

Bu zəngin potensialın təşkilati cəhətdən sistemləşməsi artıq zərurətə çevrildiyindən BSU kollektivi öz potensialına arxalanaraq uzun müddətdir ki, jurnalistika və  Azərbaycan filologiyası ixtisaslarının müstəqil fakültə tərkibində fəaliyyət göstərməsini arzu etmiş və nəhayət ki, bu istək yeni tədris ilinin əvvəlində gerçəklənmişdir. Universitetin jurnalistika və Azərbaycan filologiyası fakültələrinin açılması barədə Təhsil Nazirliyinə etdiyi müraciət nazirlik tərəfindən müsbət cavablandırıldı və BSU-da jurnalistika fakültəsi yaradıldı. Bu yenilik BSU-nun kollektivi tərəfindən böyük sevinclə qarşılandı və BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bu hadisəni belə qiymətləndirdi: "Bu bizim son illərdə jurnalist kadrları yetişdirmək istiqamətində gördüyümüz işlərin məntiqi davamıdır. Məqsədimiz model rolunu oynaya biləcək, müasir  jurnalistikanın çağırışlarına cavab verən fakültə yaratmaq və peşəkar jurnalistlər yetişdirməkdir".

Yeni fakültədə müasir texnologiyaların və innovasiyaların tədris prosesinə tətbiqində BSU-nun "Heydər Əliyev məktəbi" tələbə teleradio-studiyasının, "Tədrisdə Yeni Texnologiyalar və İnnovasiyalar" və "Fotojurnalistika", "Türk-slavyan əlaqələri", "Azərbaycanşünaslıq", "Folklor araşdırmaları" laboratoriyalarının rolu böyük olacaq. Fakültədə yaradılmış "Yeni media və kommunikasiya texnologiyaları", "Jurnalistika nəzəriyyəsi və təcrübəsi", "Türkologiya", "Azərbaycan ədəbiyyatı", "Müasir Azərbaycan dili"  kafedraları da tədris prosesinin təkmilləşməsini, tələbə gənclərin jurnalistika və filologiya sahəsində mükəmməl bilik və bacarıqlara yiyələnməsini təmin edəcəkdir. Qeyd edək ki, universitetin bu sahələr üzrə beynəlxalq əlaqələri də genişdir. Bu yaxınlarda  Bakı Slavyan Universitetində Avropa Şurasının "Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək" layihəsi icra olunub. Boloniya prosesinin tələblərinə uyğun olaraq yeni kurikulum hazırlanıb, 10 fəndən 20-yə yaxın modul yazılıb və hazırda tədrisin bu kurikulum üzərində tədricən yenidən qurulması prosesi gedir.

Fakültədə çalışanların əksəriyyəti istedadlı gənclərdən ibarətdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, gənc jurnalist Aynur Bəşirli fakültənin dekanı təyin olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Bakı Slavyan Universiteti jurnalistika fakültəsi olan ikinci dövlət universitetidir. 

   Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov