Kanadanın Ottava şəhərində ilk dəfə olaraq "Qarabağ"
adlı Azərbaycan dili məktəbi fəaliyyətə
başlamışdır.
Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a
bildirmişlər ki, yeni məktəb Ottavada yaşayan
həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə
Əhmədovanın təşəbbüsü ilə təsis edilmişdir.
Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə
Əhmədova tərəfindən həyata keçirilir.
Hər həftənin şənbə günü fəaliyyət göstərən
Azərbaycan dili məktəbinin əsas məqsədi 4-14 yaş
arası uşaqlara dilimizin öyrədilməsi ilə yanaşı,
yetişməkdə olan nəslə xalqımızın adət-ənənələri,
tarixi, ədəbiyyatı və dövlətimizin atributları
haqqında ətraflı məlumatın verilməsindən
ibarətdir. |