Sentyabrın 25-də Bakı SOS Uşaq kəndində Bakcell
şirkətinin dəstəyi ilə Beynəlxalq Sülh Gününə
həsr edilmiş "Uşaqlar sülhə səsləyir" adlı
tədbir keçirilib. Bu barədə SOS Uşaq Kəndləri-
Azərbaycan Assosiasiyasının İctimaiyyətlə
əlaqələr üzrə mütəxəssisi İlhamiyyə Rzayevadan
aldığımız məlumatda bildirilir. Tədbirdə bir
qrup istedadlı rəssam təmənnasız olaraq
uşaqlarla bərabər SOS kəndindəki evləri əlvan
rənglərlə boyayıblar və ərazini uşaqların
zövqünü, qonaqlarınsa gözünü oxşayacaq bir
məkana çeviriblər.
Sonda münsiflər heyəti ən gözəl boyanmış üç
evin sakinlərini mükafatlandırıb. Bundan əlavə,
sülh oyunları silsiləsindən mini-futbol üzrə
icma komandası ilə yarış keçirilib. Qalib
komandaya kubok verilib.
Eyni zamanda burada "Bacarıqlı əllər" dərnəyinin
qızları öz əl işlərini sərgiləyiblər. Uşaqlar
tətbiqi sənət və idman sahəsində öz
bacarıqlarını nümayiş etdiriblər.
Şakir CƏFƏROV |