Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - ¹38

 

Müsabiqədə qalib gəlməyimiz müstəqilliyimizin 20 illiyinə ən yaxşı töhfəmizdir

 

Bu günlər xalqımız ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük təntənə ilə, həyatın bütün sahələrində qazanılmış diqqətəlayiq uğurlarla qeyd edir. Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli quruculuq siyasəti nəticəsində ölkəmizdə siyasi sabitlik yaranmış, müstəqilliyimiz möhkəmlənmiş, dövlətçiliyimiz inkişaf etmiş, müstəqillik üçün zəruri olan güclü iqtisadiyyatın yaradılması istiqamətində məqsədyönlü addımlar atılmış, ölkə həyatının bütün sahələrində islahatlara başlanmışdır. Çox əlamətdar haldır ki, ulu öndərin başladığı quruculuq işləri, ölkəmizin beynəlxalq aləmdə güclənməsi və nüfuzunun artmasına yönəlmiş daxili və xarici siyasət onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müstəqillik illərində  digər sahələr kimi təhsilimizdə də güclü inkişaf baş vermiş, təhsil sektorunda aparılan islahatlar, 2000-dən çox məktəbin tikilməsi, əsaslı təmiri nəticəsində təhsilin maddi-texniki bazası möhkəmləndirilmiş, infrastrukturu, məzmunu tamamilə yeniləşdirilmiş, təhsildə yeni informasiya-kommunikasiya texnologiyalarının, yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, dərsliklərlə, kadrlarla təminat sahəsində çox ciddi addımlar atılmışdır. Möhtərəm Prezidentimizin iqtisadi potensialın insan kapitalına çevrilməsində təhsilin roluna verdiyi böyük önəm nəticəsində təhsil hazırda ölkəmizdə dövlət və cəmiyyətin inkişafının prioritet sahəsinə çevrilmişdir. Azərbaycan dövləti, onun Prezidenti İlham Əliyev təhsilə, təhsil işçilərinə böyük diqqət və qayğı göstərir, təhsildə aparılan islahat yönümlü işləri, qazanılan uğurları, təhsil işçilərinin əməyini yüksək qiymətləndirir.

Bu, bütün təhsil işçiləri kimi bizi - Bakıdakı E.Cəlilov adına 272 nömrəli tam orta məktəbin kollektivini də qarşımıza qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə ruhlandırır.

Müstəqilliyimizin 20 illiyini qeyd etdiyimiz bu il bizim üçün xüsusilə əlamətdar olub. Belə ki, məktəbimiz möhtərəm Prezidentimizin məlum sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin 2010-2011-ci tədris ili üzrə qaliblərindən biri olub və cənab Prezidentin sərəncamı ilə 10 min manat məbləğində birdəfəlik pul mükafatı alıb. Fürsətdən istifadə edərək mən təhsilimizə göstərdiyi böyük qayğıya, əməyimizə verdiyi yüksək qiymətə görə kollektivimiz adından cənab Prezidentə minnətdarlığımı bildirirəm.

Dövrün tələblərinə cavab verən təhsil xidməti göstərmək üçün hazırda məktəbimizdə zəruri maddi-texniki baza və keyfiyyətli təhsilə zəmanət verən əlverişli təlim mühiti mövcuddur. Belə ki, fəaliyyətə başladığı 1985-ci ildə inşa olunmuş üçmərtəbəli böyük tədris korpusundan başqa məktəbimiz üçün 2008-ci ildə üçmərtəbəli müasir əlavə tədris korpusu da tikilərək istifadəyə verilib. Əsas tədris korpusunda 37 sinif otağı və 3 kompüter otağı, əlavə korpusda isə 35 sinif otağı, 2 kompüter otağı və kitabxana fəaliyyət göstərir. Bütün otaqlar zəruri inventarlar, tədris ləvazimatları ilə təmin olunub.

5 günlük iş həftəsi ilə işləyən məktəbimizdə təlim Azərbaycan və rus dillərində aparılır. Şagirdlərimizin sayı 1280, müəllimlərimizin sayı isə 214 nəfərdir. Məktəbimizdə İKT-nin təhsilə tətbiqi, dərslərin elektron vasitələrlə aparılmasına xüsusi diqqət yetiririk. Müasir kompüterlərlə təchiz olunmuş 5 kompüter otağımız buna geniş imkan verir. Məktəbimizin İnternetə çıxışı təmin olunub. Müəllimlərimiz təhsilin keyfiyyətini yüksəltmək üçün müasir təlim metodlarından, elektron dərslərdən, hər bir fənn üzrə test yoxlamalarından geniş istifadə edirlər.

Yeni kurikulumlarla iş də məktəbimizdə qənaətbəxş təşkil olunub. Müəllimlərin hamısı müvafiq təlim kursundan keçərək yeni tədris modelini yaradıcılıqla mənimsəyiblər və uğurla tətbiq edirlər.

Məktəbimizdə təcrübə mübadiləsi məqsədi ilə "açıq dərs"lərin keçirilməsi və onların nəticələrinin müzakirəsi də ənənə halını alıb. Kollektivimizdə təcrübəsi öyrənilməli və yayılmalı müəllimlər çoxdur. İbtidai sinif müəllimləri Mahirə Cəfərova, Sevil Qulubəyova, nəğmə və musiqi müəllimi Mehriban Musayeva, dil-ədəbiyyat müəllimi Şiringül Ağamalıyeva, coğrafiya müəllimi Gülnisə Allahverdiyeva və başqaları belələrinə misal ola bilər. Həmin müəllimlərin təcrübələri məktəbdə öyrənilir, həmkarları onların tədris metodları ilə tanış olurlar. Bütün bunlar təbii ki, məktəbdə uğurların artmasına müsbət təsir göstərir. Təkcə bir faktı qeyd edim ki, məzunlarımızın ali məktəblərə qəbulu son üç ildə 10 faizədək artaraq 2008-ci ildəki 40,57 faizdən 2010-cu ildə 49,43 faizə çatıb. Qəbul imtahanlarında 500-700 bal toplayan məzunlarımızın sayında diqqətəlayiq artım özünü göstərib. Belə ki, həmin göstərici 2008-ci ildə 13,76%, 2009-cu ildə 14,28%, 2010-cu ildə isə 24,42 faiz olub. Bu il 5 məzunumuz 600-dən çox bal toplayıb. Müxtəlif illərdə ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən 3 məzunumuz Prezident təqaüdünə layiq görülüb. Məktəbimizin XI sinif şagirdi Fidan Həsənbəyli AzTV-nin keçirdiyi "Mən azərbaycanlıyam" intellektual bilik yarışmasının qalibi olub. VIII  sinif şagirdi İlham Qələndərov isə dəfələrlə rəsm müsabiqələrində qalib gəlib. VIII sinif şagirdləri Kamil Əhmədov və Ramin Aşumov müxtəlif rəqs müsabiqələrində fərqlənib, Türkiyədə keçirilən uluslararası rəqs müsabiqəsində I və II yerlərə layiq görülərək diplomlarla mükafatlandırılıblar.

Şagirdlərimiz respublika fənn olimpiadalarında, digər bilik yarışlarında da fəallıq göstərir və məktəbimizə üzağlığı gətirirlər. İdmançı şagirdlərimizdən Ramiz Bayramov, Ramin Aşumov, Zaman Zamanov, Aqil Camalov, Rəsul Bayramov müxtəlif idman növləri üzrə yarışlarda qələbələr qazanaraq perspektivli idmançılar olduqlarını sübut ediblər.

Məktəbimizdə şagirdlərin dünyagörüşlərinin genişlənməsinə, milli mənəvi və vətənpərvərlik tərbiyəsinə xidmət edən çoxlu sayda tədbirin, tanınmış şairlər, elm və mədəniyyət xadimləri ilə görüşlərin keçirilməsi də ənənə halını alıb.

Biz yeni dərs ilinə daha keyfiyyətli təhsil vermək və daha çox uğurlara imza atmaq devizi ilə başlamışıq. Əminik ki, yeni-yeni uğurlar qazanmaqla müstəqilliyimizə verdiyimiz töhfələri daha da artıracağıq.

Qarşıdan gələn Beynəlxalq Müəllim Günü münasibəti ilə həmkarlarımızı təbrik edir, onlara müstəqilliyimizin daha da möhkəmlənməsi naminə səmərəli fəaliyyət və uğurlar arzulayıram. 

Rəhilə ƏHMƏDOVA,
Bakı şəhər E.Cəlilov adına 272 nömrəli
tam orta məktəbin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov