Sentyabrın
23-də Azərbaycan Dillər Universitetinin rektoru,
millət vəkili, professor Səməd Seyidov Hindistan
Respublikasının Xarici İşlər Nazirliyinin Şərq
ölkələri üzrə dövlət katibi Sanjay Sinqi qəbul
etdi. Görüşdə Hindistanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Debnat Şou,
Azərbaycanın Hindistandakı fövqəladə və
səlahiyyətli səfiri İbrahim Hacıyev iştirak
edirdilər.
Rektor Səməd Seyidov ADU-da Hindi dili
mərkəzinin fəaliyyət göstərdiyini və tələbələrə
hindi dili öyrətmək üçün şərait yaradıldığını
qonaqların nəzərinə çatdırdı. O, hindi dilini
tədris etmək üçün professor Mukeş Qarjini
Azərbaycana dəvət etməkdə göstərdiyi köməyə görə
səfir Debnat Şouya təşəkkürünü bildirdi.
Hindistan Respublikasının Xarici İşlər
Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi
Sanjay Sinq də, öz növbəsində, Azərbaycan Dillər
Universitetində olmaqdan məmnunluğunu dilə
gətirdi. O, ADU-da Hindi dili mərkəzinin
fəaliyyət göstərməsindən şad olduğunu qeyd etdi.
Sonda qonaqlar universitetin İnformasiya Resurs
Kompleksi (İRK) və Hindi dili mərkəzi ilə tanış
olaraq hindi dilini öyrənən tələbələrlə
görüşdülər.
Şakir CƏFƏROV |