Azərbaycanda ali təhsildə keyfiyyətin təminatı
istiqamətində həyata keçirilmiş tədbirlərə
toxunan Misir Mərdanov Təhsil Nazirliyi ilə
Dünya Bankı arasındakı əməkdaşlığın səmərəli
nəticələr verdiyini, indiyə qədər imzalanan
layihələrin uğurla reallaşdırıldığını qeyd edib.
Nazir əlaqələrin inkişafı üçün zəruri olan
tədbirlərə toxunub, müvafiq məsələlərlə bağlı
fikirlərini bildirib. Birgə görülən işlərin
yüksək səviyyədə yerinə yetirilməsi üçün müvafiq
mütəxəssislər qrupunun formalaşdırıldığını qeyd
edən Misir Mərdanov Azərbaycan təhsilində baş
verən yeniliklər haqda beynəlxalq ekspertlərin
də müsbət fikirlər səsləndirdiyini nəzərə
çatdırıb.
Nazir son illərdə təhsil sahəsində həyata
keçirilən islahatların nəticələrindən bəhs edib
və bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın
üstün cəhətlərinə toxunub. Təhsil naziri Dünya
Bankı ilə qarşılıqlı əlaqələr sayəsində təhsilin
bütün pillələrində müsbət irəliləyişə nail
olunduğunu qeyd edib.
Ali təhsildə keyfiyyətin təminatı üzrə
beynəlxalq ekspert Mariya Xose Limatr səmimi
qəbul və təhsil sahəsində görülən işlərlə bağlı
məlumat verdiyi üçün nazirə təşəkkür edib.
Təhsil Nazirliyi ilə Dünya Bankı arasında
səmərəli əlaqələrin mövcud olduğunu vurğulayan
qonaq ali təhsildə keyfiyyətin təminatı, təhsil
müəssisələrinin lisenziyalaşdırılması,
akkreditasiyadan keçirilməsi və bu istiqamətdə
Azərbaycanda mövcud olan təcrübə haqqında
fikirlərini bildirib.
Daha sonra Təhsil Nazirliyi ilə Dünya Bankı
arasında gələcək əməkdaşlığın istiqamətləri, ali
təhsildə keyfiyyətin təminatı, təhsil
müəssisələrinin lisenziyalaşdırılması,
akkreditasiyası sahəsindəki müasir dünya
təcrübəsi və bir sıra digər məsələlər ətrafında
müzakirələr aparılıb. |