| 
								Sentyabrın 27-də Azərbaycan Diplomatik 
								Akademiyasının (ADA) Kitab Mərkəzində "Argentina 
								günü" keçirilmişdir.  
								AzərTAc xəbər verir ki, tədbir Azərbaycan 
								Respublikasının dövlət müstəqilliyinin 
								bərpasının 20-ci ildönümü ilə bağlı ölkəmizdə 
								səfərdə olan Argentina parlamentinin üzvlərindən 
								ibarət nümayəndə heyətinin şərəfinə təşkil 
								olunmuşdur.  
								Tədbirdə ADA-nın "Beynəlxalq münasibətlər və 
								diplomatiya üzrə" Magistr Proqramında təhsil 
								almaq hüququ qazanmış argentinalı Tomas Qerbasio 
								ölkəsinin müstəqillik uğrunda mübarizəsi, 
								iqtisadiyyatının əsas istiqamətləri və milli 
								mətbəxi barədə təqdimatla çıxış etmişdir. 
								Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
								münaqişəsinə toxunan T.Qerbasio vurğulamışdır 
								ki, Argentina bu məsələnin beynəlxalq hüququn 
								normaları və prinsipləri, Azərbaycanın ərazi 
								bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
								 
								Argentina-Azərbaycan dostluq qrupunun rəhbəri 
								Federiko Pinedo isə bildirmişdir ki, senatorlar 
								Argentinanın ölkəmizdə səfirliyinin açılması 
								üçün maksimum səylər göstərəcəklər. 
								Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
								münaqişəsinə toxunan F.Pinedo vurğulamışdır ki, 
								bu problem regionun inkişafını ləngidən əsas 
								amillərdən biridir.  
								Argentina parlamentinin digər üzvləri Roberto 
								Mario Mouilleron, Arturo Vera, Joze Maria Roldin 
								də Prezident İlham Əliyevin uğurlu iqtisadi 
								siyasəti nəticəsində Azərbaycanda gedən sürətli 
								inkişafı yüksək qiymətləndirmişlər. Deputatlar 
								qeyd etmişlər ki, Argentinaya qayıtdıqdan sonra 
								Azərbaycan haqqında həqiqətləri öz xalqına 
								çatdıracaqlar.  
								Tədbir Argentinanın məşhur tanqosu ilə davam 
								etmişdir.  
								Sonda iştirakçılar Argentina mətbəxinin ləziz 
								yeməklərindən dadmışlar.  |