Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
maliyyə dəstəyi ilə Qarsın mərkəzi
prospektindəki 22 hektar ərazidə Heydər Əliyev
adına Sənaye Peşə Liseyinin binası inşa olunur.
Obyektdə tikinti işlərinin gedişi ilə maraqlanan
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan
Süleymanov bildirmişdir ki, 32 sinif otağı,
yeməkxana, kitabxana, yataqxana, idman zalı və
konfrans salonundan ibarət olan bu təhsil
ocağının 2011-ci ilin noyabrında təhvil
verilməsi nəzərdə tutulur.
İnşaatçılarla görüşən baş konsul demişdir ki,
Azərbaycanı sevdiyi kimi, Türkiyəyə də böyük
məhəbbət hissləri bəsləyən ulu öndərimizin "bir
millət, iki dövlət" kəlamının dərin mənasını
indi daha çox anlayırıq. Bu təhsil ocağı Heydər
Əliyevin Türkiyə sevgisinin daha bir rəmzi
olacaqdır. Hesab edirəm ki, Qars əhalisi də bu
liseyin açılmasından çox məmnun olacaq, burada
yüksək ixtisaslı gənc nəsil yetişəcəkdir.
AzərTAc |
|