Bu
günlərdə Almaniyada nüfuzlu "Hanseatic
Lichthouse" nəşriyyatında Berlində fəaliyyət
göstərən Siyasət və İctimaiyyət Beynəlxalq
İnstitutunun direktoru xanım Kerstin Plevenin
müəllifliyi ilə "Qadın liderliyi-Qadınların
gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək"
adlı kitab nəşr olunmuşdur. Kitabda dünyanın 30
ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və
tanınmış qadının məqaləsi və ya verdiyi
müsahibələr dərc olunmuşdur.
Nəşrdə Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın müsahibəsi dərc
olunmuşdur. Kitabın nəşrində məqsəd şəxsi və
ictimai fəaliyyətlərində uğurlar qazanmış
qadınların əldə etdikləri nailiyyətlərin
sirlərini öyrənmək, eləcə də onların ictimai
fəaliyyətlə bağlı dəyərli məsləhətlərini
işıqlandırmaqdan ibarətdir. Nəşrdə Mehriban
xanım Əliyeva ilə birlikdə dünyanın digər siyasi
və ictimai xadimləri, o cümlədən Almaniya
Federativ Respublikasının federal kansleri
Angela Merkel, ABŞ-ın dövlət katibi Hillari
Klinton, YUNESKO-nun baş direktoru İrina Bokova
və digər şəxslərin müsahibələri və onlar
haqqında yazılan məqalələr dərc olunmuşdur.
Mehriban
xanım Əliyevanın müsahibəsində rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm
layihələr, Azərbaycan qadınlarının ölkəmizin
ictimai-siyasi və mədəni həyatında rolu,
Azərbaycanın dünyada qadınlara seçki hüququ
verən ilk ölkələrdən biri olması və digər
mövzularla bağlı məsələlər barədə geniş məlumat
verilmişdir. Azərbaycanın birinci xanımı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunaraq, qaçqın və məcburi köçkün
soydaşlarımızın problemlərindən bəhs etmişdir.
Mehriban xanım Əliyeva Azərbaycan
Respublikasında təhsilə, o cümlədən qadınların
təhsilinə mühüm əhəmiyyət verildiyini qeyd
edərək dövlət qurumlarında, elmi müəssisələrdə
və özəl sektorda çalışan qadınların sayının
getdikcə artdığını vurğulamışdır. Mehriban xanım
Əliyeva Azərbaycan qadınının tarixən ictimai
həyatda daim fəal iştirak etdiyini qeyd
etmişdir. Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva Xurşidbanu Natəvan,
Məhsəti Gəncəvi kimi tanınmış Azərbaycan
qadınlarının xalqımızın mədəni irsinə böyük
töhfələr verdiyini qeyd etmişdir. Mehriban xanım
Əliyeva belə bir maraqlı faktı da dünya
ictimaiyyətinin diqqətinə çatdırmışdır ki, XIX
əsrin ortalarında görkəmli ictimai xadim və
şairə Xurşidbanu Natəvanın xeyriyyəçilik
fəaliyyəti nəticəsində ilk dəfə olaraq Şuşada su
təchizatı sistemi qurulmuş, 1990-cı illərin
əvvəllərinə qədər fəaliyyət göstərmiş və
Ermənistanın işğalı zamanı dağıdılmışdır.
Mehriban xanım Əliyevanın müsahibəsi beynəlxalq
ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
AzərTAc |
|