Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə
Almaniyanın Eberhard Karls adına Tübingen
Universiteti arasında imzalanmış əməkdaşlıq
memorandumuna uyğun olaraq daha 4 almaniyalı
tələbə təhqiqat aparmaq üçün Azərbaycana
gəlmişdir.
BAMF-dan AzərTAc-a bildirmişlər ki, tələbələr
ölkəmizdə 4 ay təcrübə keçəcək, Azərbaycanla
yaxından tanış olacaqdır. Onlar Azərbaycan
xalqının sosial həyatı və mədəniyyəti ilə bağlı
araşdırmalar aparacaq, qaçqın və məcburi köçkün
ailələrində olacaq, onların həyat şəraiti ilə
maraqlanacaqlar. Əcnəbi gənclər müşahidələri
barədə BAMF-a və təhsil aldıqları universitetə
hesabat təqdim edəcəklər.
Xatırladaq ki, bu təşkilatda indiyədək ABŞ,
İspaniya, Fransa, Almaniya, Pakistan, Çin, İraq,
Rusiya, Özbəkistan və digər ölkələrdən onlarla
gənc təcrübə keçmişdir. |
|