Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Azərbaycan təhsilinin tarixinə ilk dünyəvi
tədris ocaqlarından biri kimi daxil olmuş Şuşa
şəhər 1 nömrəli orta məktəbi üçün yeni binanın
tikintisini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün Bakı
şəhərinin Yasamal rayonu ərazisində 360
şagirdlik yeni binanın tikintisi məqsədi ilə
Şuşa Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1,5 (bir milyon
beş yüz min) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan
məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2011-ci il |