Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. "Dövlət ali və orta ixtisas təhsil
müəssisələrində ödənişli formada təhsil alan
məcburi köçkünlərin təhsil haqqını ödəməkdən
azad edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308
nömrəli sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 451)
1-ci hissəsində "məcburi köçkünlər" sözləri
"Qaçqınların və məcburi köçkünlərin (ölkə
daxilində köçürülmüş şəxslərin) statusu
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq məcburi köçkün statusu olan
Azərbaycan Respublikasının vətəndaşları" sözləri
ilə əvəz edilsin.
2. Müəyyən edilsin ki, bu sərəncam Azərbaycan
Respublikasının dövlət ali və orta ixtisas
təhsili müəssisələrinə 2011/2012-ci tədris
ilindən etibarən qəbul olunmuş şəxslərə şamil
edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2011-ci il |