Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. 2011/2012-ci tədris ilindən etibarən
Azərbaycan Respublikasının dövlət ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
təhsil səviyyələrinə yeni qəbul olunmuş və
ödənişli əsaslarla təhsil alan "Qaçqınların və
məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq məcburi
köçkün statusu olan Azərbaycan Respublikası
vətəndaşlarının təhsil müddəti ərzində təhsil
haqqı Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 25 iyun tarixli 120
nömrəli qərarı ilə təsdiq edilmiş təhsil
xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti
hesabına ödənilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2011-ci il |