Respublikamızın ümumtəhsil məktəblərində
kurikulum islahatı uğurla həyata keçirilir.
Artıq dördüncü ildir ki, bütün sinif müəllimləri
üçün kurikulum üzrə mütəxəssis hazırlığı
kursları təşkil edilir.
Ağsuda keçirilən builki kurs avqustun
əvvəllərinə kimi davam edib. Təlimin səmərəli
keçməsi üçün bütün imkanlardan istifadə olunub,
təlim mərkəzində müvafiq şəraitin yaradılması
qabaqcadan yüksək səviyyədə təmin edilib.
Otaqlar texniki vasitələrlə və digər
avadanlıqlarla tam təchiz olunaraq istifadə üçün
hazır vəziyyətə gətirilib.
Burada Təhsil Nazirliyinin xətti ilə Müasir
Təhsil və Tədrisə Yardım Mərkəzi İctimai
Birliyinin təlimçiləri tərəfindən treninq
aparılıb. Təlimə 75 nəfər müəllim cəlb olunub.
Üç qrupda reallaşdırılan məşğələlər son dərəcə
yüksək səviyyədə, tam əyanilik şəraitində,
İKT-nin tətbiqi vasitəsilə keçirilib. Hər günün
materialı nəzərdə tutulmuş vaxt çərçivəsində
müdavimlərə mənimsədilib.
Ongünluk kurs ugurla başa çatıb. Müəllimlərə
sertifikatlar verilib.
Şahsuvar QAÇAYEV,
Ağsu Rayon Təhsil Şöbəsi Metodkabinetinin
direktoru |