Azərbaycanın nümayəndə heyəti sentyabrın
15-16-da Kazan şəhərində keçiriləcək "Elektron
məktəb - 2011" adlı birinci beynəlxalq
konfransda iştirak edəcək. Konfrans Tatarıstanın
Təhsil və Elm Nazirliyi və İntel
korporasiyasının birgə təşkilatçılığı ilə
keçiriləcək.
Konfransda Azərbaycanı Təhsil Nazirliyinin
Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinin Elektron və Veb məzmunun inkişafı
şöbəsinin müdiri Ayaz Abuşov, İntel
korporasiyasının təhsil proqramlarının
əlaqələndiricisi Teymur Məmmədov, "Microsoft
Azerbaijan" şirkətinin təhsil proqramlarının
əlaqələndiricisi Emin Axundov, "Ultra"
şirkətinin elektron təhsil şöbəsinin rəhbəri
Sərxan Məmmədov təmsil edəcəklər.
Konfrans zamanı rəqəmli təhsil resurslarının
digər ölkələrdə də, o cümlədən Azərbaycanda
istifadə olunması modelləri müzakirə olunacaq.
Həmçinin İKT sahəsində müəllimlərin hazırlığının
təşkili, təhsilin informasiyalaşdırılması
infrastrukturunun inkişafı və onun
reallaşdırılmasının ilkin nəticələri də nəzərdən
keçiriləcək.
Forum həmçinin 2011-ci ildən Rusiyada ümumi
ibtidai təhsilə aid federal dövlət təhsil
standartının dəstəklənməsi üçün kompüter
texnologiyalarının istifadəsi, təhsilin
fərdiləşdirilməsi sahəsində beynəlxalq təcrübə
mübadiləsi, həmçinin "1 şagird - 1 kompüter"
konsepsiyasının reallaşdırılması kimi məsələləri
əhatə edir. Qeyd etmək lazımdır ki, konfrans
çərçivəsində həmçinin yüksək texnologiyalar
sahəsində "İT-Park" texnoparkına və Kazan
məktəblərinə səfərlər nəzərdə tutulur.
Konfransda Rusiya, İngiltərə, Argen
tina, Braziliya. Makedoniya, Meksika, Sinqapur,
Ukrayna və s. ölkələrin nümayəndələri iştirak
edəcək.
Niyazi RƏHİMOV |