Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - ¹35

 

Müseyib Ağababa oğlu Müseyibov

 

Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Bakı Dövlət Universitetinin Fiziki coğrafiya kafedrasının müdiri, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Müseyib Ağababa oğlu Müseyibov ömrünün 84-cü ilində vəfat etmişdir.

Müseyib Ağababa oğlu Müseyibov 1927-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1944-cü ildə A.S.Puşkin adına Tovuz şəhər orta məktəbini, 1949-cu ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini bitirmişdir.

1954-cü ildə  namizədlik ("Ceyrançölün geomorfologiyası"), 1963-cü ildə doktorluq ("Orta Kür çökəkliyinin geomorfologiyası və yeni tektonik hərəkətləri") dissertasiyası müdafiə edib. 1960-cı ildən BDU-nun Fiziki coğrafiya kafedrasının müdiri, 2000-ci ildən Coğrafiya fakültəsinin dekanı vəzifələrində işləmişdir.

1967-ci ildən 1991-ci ilə qədər SSRİ Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Coğrafiya bölməsinin, Respublika Ali Attestasiya Komissiyasının üzvü olmuşdur. 1971-ci ildən Azərbaycan Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının, 1992-ci ildən Azərbaycan  Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Coğrafiya bölməsinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında TQDK-nın Coğrafiya seminarının rəhbəri, 1991-ci ildən Tovuz rayonunun erməni daşnaklarından müdafiəsinə yardım məqsədilə  yaradılmış "Tovuz xeyriyyə cəmiyyəti"nin əsas yaradıcılarından biri və ağsaqqallar şurasının sədri olmuşdur.

Professor M.A.Müseyibov Azərbaycan Respublikasının ali və ümumtəhsil məktəbləri üçün tədris planlarının, dərslik və dərs vəsaitlərinin, tədris və elmi xəritələrin tərtibində müəllif, yaxud redaktor kimi əvəzsiz xidmət göstərmişdir. Onun təklifi ilə Azərbaycan Respublikası orta məktəblərinin X-XI siniflərində "Yerşünaslıq" və "Türk Dünyasının coğrafiyası" fənlərinin tədrisinə başlanıb və onların proqram və dərslikləri yaradılıb. Ali məktəblərin coğrafiya fakültələri üçün M.A.Müseyibovun yazdığı "Azərbaycanın fiziki coğrafiyası" dərsliyi ("Maarif" nəşriyyatı, 1998) öz orijinallığı ilə nəinki əvvəlki dərsliklərdən fərqlənir, hətta bu dərslikdə coğrafiyanın bir sıra problem məsələləri, o cümlədən Azərbaycan relyefinin əmələ gəlməsi, neotektonik  hərəkətlərin səbəbinin yeni qlobal tektonika nəzəriyyəsi ilə əsaslandırılması, Azərbaycan torpaqlarının, xüsusilə  iqliminin təsnifatına dair elmi  ədəbiyyatda hökm sürən yanlış fikir və ideyalara aydınlıq gətirməsi elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

M.A.Müseyibovun coğrafiya elminə gətirdiyi mühüm yeniliklərdən biri Azərbaycan ərazisi landşaftlarının evolyusiyasına dair son 10 milyon ildə baş vermiş transformasiyaları araşdırmaq və onun səbəblərini izah etməklə yanaşı, paleolandşaft xəritələri ilə müşayiət olan  monoqrafiyanı (2003) yaratmaq olmuşdur.

Hazırda Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində tədris edilən "Ümumi geomorfologiya", "Qitələrin fiziki coğrafiyası", "Azərbaycanın fiziki coğrafiyası", orta məktəblərdə  tədris edilən "Yerşünaslıq" (X sinif), "Türk Dünyasının coğrafiyası" (XI sinif) dərslikləri M.A.Müseyibovun əsas müəllifliyi ilə yaradılmışdır. M.A.Müseyibov Azərbaycanın, Cənubi  Qafqazın landşaftı, SSRİ-nin geomorfoloji, Azərbaycanın  neotektonik  hərəkətləri   xəritələrinin və orta məktəblərin VI və VII sinifləri üçün atlasların əsas müəlliflərindən, "Qafqazın regional geomorfologiyası" (Moskva, 1979); "Orta Kür çökəkliyinin geomorfologiyası" (Azərnəşr, 1975); "Təbiətin təzadları" (Azərnəşr, 1991);    "Landşaftı Azerbaydjana" (BDU, 2003); "Azərbaycanın geomorfologiyası" (BDU, 1975)  və  bir  sıra  başqa dərslik, dərs  vəsaiti və  monoqrafiyaların  müəllifi və həmmüəlliflərindəndir.

M.A.Müseyibov 1960-cı ildən SSRİ Coğrafiya Cəmiyyətinin Lvov, Tbilisi, Moskva, Kazan, Sankt-Peterburq, Bişkek və b. qurultaylarının, Beynəlxalq Coğrafiya İttifaqının Kanada, Moskva konfranslarının iştirakçısı, paleoiqlimşünaslığa dair Sovet-Amerika simpoziumunun təşkilatçılarından olmuş və maraqlı məruzələrlə  çıxış etmişdir.

Azərbaycan Geologiya İdarəsinin sifarişi ilə professor M.A.Müseyibovun  rəhbərliyi altında 1967-ci ildən 1985-ci ilə qədər  böyük həcmli təsərrüfat müqaviləsi işləri yerinə yetirilmiş, meliorasiya məqsədləri üçün Azərbaycanın düzənlik ərazilərinin irimiqyaslı geomorfoloji və landşaft  xəritələri tərtib edilmişdir.

Professor M.A.Müseyibovun  rəhbərliyi altında 20 nəfərdən çox elmlər namizədi və doktoru  hazırlanmışdır. Bundan başqa o, 10-dan çox magistr dissertasiyasının rəhbəri olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası yaradılan zaman professor M.A.Müseyibov Yer elmləri üzrə Ekspert  Şurasının üzvü (1991-2003) olmuşdur.

M.A.Müseyibovun xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş və o, "Əməkdar elm xadimi" fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Zəngin həyat və elmi-pedaqoji təcrübəyə, geniş bilik və yüksək mədəniyyətə malik olan professor M.A.Müseyibovun əziz xatirəsi onu tanıyanların və universitet kollektivinin qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin! 

Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Bakı Dövlət Universiteti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov