Sentyabrın
1-də Nərimanov rayonundakı 259 nömrəli uşaq
bağçası əsaslı təmir və yenidənqurma işlərindən
sonra istifadəyə verilmişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev əsaslı
təmir və yenidənqurma işlərindən sonra
müəssisədə yaradılan şəraitlə tanış olmuşdur.
Görülən
işlərlə bağlı Prezidentə məlumat verildi.
Bildirildi ki, 1949-cu ildə inşa edilən və
1950-ci ildə istifadəyə verilən uşaq bağçası 80
yerlikdir. Binanın ümumi sahəsi 748, həyətyanı
sahəsi isə 3200 kvadratmetrdir. Bağçanın
həyətində uşaqların əylənməsi
üçün ən müasir attraksionlar quraşdırılıb. Uşaq
bağçası üçün mətbəx və camaşırxana yenidən inşa
edilib və müasir avadanlıqla təchiz olunub.
Əsaslı təmir
və bərpa işlərindən sonra uşaq tərbiyə
müəssisəsində yaradılan şəraitlə yaxından tanış
olan Prezident İlham Əliyev uşaq bağçasında
tələbatın çox olduğunu nəzərə alaraq burada
əlavə korpusun inşa edilməsi ilə bağlı Bakı
Şəhər İcra Hakimiyyətinə yerindəcə tapşırıqlar
verdi.
AzərTAc |