Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 1-də Bakının Səbail rayonundakı 160
nömrəli məktəbin binasında aparılan əsaslı təmir
və yenidənqurma işlərinin gedişi ilə tanış
olmuşdur.
2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramında məktəblərin əsaslı təmiri və yenidən
qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş
tədbirlər planına uyğun olaraq paytaxtın orta
ümumtəhsil məktəblərinin binalarında əsaslı
təmir və yenidənqurma işləri davam etdirilir.
Prezident
İlham Əliyevə 160 nömrəli məktəbin binasında
görülən işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, binanın iki mərtəbəsi 1908-ci
ildə istifadəyə verilib, şagird sıxlığı nəzərə
alınaraq üçüncü və dördüncü mərtəbəsi 1960-cı
ildə inşa olunub.
Məktəb
binasında əsaslı təmir və yenidənqurma işləri
yüksək keyfiyyətlə həyata keçirilir. Min
şagird yeri olan məktəbdə 2300 şagird təhsil
alır. Dərslər iki növbədə tədris olunur.
Dördmərtəbəli binanın ümumi sahəsi 4927
kvadratmetrdir. Məktəb binasının fasadı tam
yenidən qurularaq bərpa edilib.
Əsaslı təmir
və yenidənqurma işlərinin gedişi ilə tanış olan
dövlət başçısı müvafiq tapşırıqlarını verdi.
AzərTAc |