| 
								Macarıstanın Sombatxey şəhərində yeniyetmə 
								güləşçilər arasında dünya çempionatı davam edir. 
								Çempionatın ikinci günündə mübarizə aparan 
								sərbəst güləşçilərimiz 1 qızıl medal 
								qazanmışlar.  
								Azərbaycan Güləş Federasiyasından AzərTAc-a 
								bildirmişlər ki, 54 kiloqram çəki dərəcəsində 
								çıxış edən azərbaycanlı güləşçi Sultan 
								Nəsrullayev bir-birinin ardınca Ermənistan, 
								Rusiya, Gürcüstan və Hindistandan olan 
								rəqiblərinə qalib gəlmiş və qızıl medal 
								qazanmışdır.  Yeniyetmələrin dünya çempionatında 
								başa çatan sərbəst güləş yarışlarında 
								güləşçilərimiz ümumilikdə 1 qızıl və 2 bürünc 
								medal qazanmışlar.  
								Ümumi komanda hesabında Azərbaycan yığması 47 
								xalla 6-cı yeri tutmuşdur. Turnir cədvəlində 
								Rusiya, İran, Hindistan, Qazaxıstan və ABŞ 
								yığmaları komandamızı qabaqlamışlar.  Avqustun 
								25 və 26-da yeniyetmə qızlar mübarizəyə 
								qoşulacaqlar. Çempionatın son günlərində isə 
								yunan-Roma güləşçiləri qüvvələrini sınayacaqlar.
								 |