Təhsil səviyyələri üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (V-IX
siniflər) üzrə şagird:
1. Ədədlər və əməllər
*
ədədlər üzərində şifahi, yazılı formada dəqiq və
ya təqribi hesablamalar aparır;
*
müxtəlif həyati məsələlərin həllində riyazi
bilikləri tətbiq edir.
2. Cəbr və funksiyalar
*
simvollarla ifadə olunmuş cəbri dildən istifadə
edir;
*
ölçmə və hesablama ləvazimatlarından istifadə
edir, şifahi və yazılı formada dəqiq və ya
təqribi hesablamalar aparır;
*
rasional ifadələr üzərində eynilik çevrilmələri
aparır;
*
xətti və kvadratik tənlikləri, xətti tənliklər
və bərabərsizliklər sistemini həll edir;
*
funksiya anlayışı və qrafiklərdən real
asılılıqların öyrənilməsində və şərhində
istifadə edir;
*
mühakimələrini məntiqi əsaslandırır, nitqində
dəqiq, aydın və yığcam ifadə edir.
3. Həndəsə
*
müstəvi fiqurların və sadə fəza cismlərinin
xassələrini praktik həndəsi məsələlərin həllində
tətbiq edir;
*
sadə həndəsi qurmaları yerinə yetirir.
4. Ölçmə
*
ölçmə və hesablama ləvazimatlarından istifadə
edir;
*
şifahi və yazılı formada dəqiq və ya təqribi
hesablamalar aparır;
*
fəaliyyətlərini layihələndirir, onların əsasında
alqoritmlər qurur, nəticələri yoxlayır və
qiymətləndirir.
5. Statistika və ehtimal
*
riyazi və statistik məlumatları toplayır,
araşdırır, sistemləşdirir və nəticəsini təqdim
edir;
*
statistika və ehtimal əsasında hadisənin
başvermə mümkünlüyünü proqnozlaşdırır.
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə
şagird:
1. Ədədlər və əməllər
*
riyazi anlayışlara aid alqoritmləri yerinə
yetirir;
*
real həyatda riyazi anlayış və düsturlardan
istifadə edir.
2. Cəbr və funksiya
*
kəmiyyətlər arasındakı asılılığı müəyyənləşdirir
və riyazi dillə ifadə edir;
*
cəbri çevrilmələrdən və funksional
asılılıqlardan yaxın fənlərin öyrənilməsində və
ətraf aləmin mövcud qanunauyğunluqlarının
araşdırılmasında istifadə edir.
3. Həndəsə
*
genişləndirilmiş fəza təsəvvürlərindən çertyoj,
şəkil və sxemlərin çəkilməsində, ətraf aləmdəki
əşyaların təsvirində istifadə edir.
4. Ölçmə
*
ölçmə və hesablama vasitələrindən istifadə edir,
yazılı və şifahi əməliyyatlar aparır.
5. Statistika və ehtimal
*
ətraf aləmdəki ehtimal və statistikanın
qanunauyğunluqlarının mövcudluğu haqqında
məlumatları izah edir, ehtimalın klassik
modelinə əsasən hadisələrin baş verməsini
proqnozlaşdırır;
*
mühakimələrini riyazi faktlarla əsaslandırır və
məntiqi nəticələrini şərh edir, isbat olunmuş
təklifi ehtimal və fərz olunandan fərqləndirir.
Siniflər üzrə məzmun standartları
V SİNİF
V sinfin sonunda şagird:
*
Natural ədədlər arasındakı münasibətləri tətbiq
edir, çoxluqlar üzərində sadə əməlləri yerinə
yetirir.
*
Riyazi əməlləri və riyazi prosedurları tətbiq
edir.
*
Natural ədədlər sırasında qanunauyğunluqları
tətbiq edir.
*
Natural ədədləri və onluq kəsrləri tələb olunan
mərtəbəyə qədər yuvarlaqlaşdırır.
*
Sadə cəbri prosedurları tətbiq edir.
*
Sadə funksional asılılıqların cəbri ifadəsini
qurur.
*
Sadə həndəsi fiqurların əlamət, xassə və
münasibətlərini tətbiq edir. Ölçmə alətlərindən
istifadə edərək qurmanı yerinə yetirir.
*
Praktik ölçmələrdə müvafiq ölçü vahidlərini,
ölçü alətlərini və ölçmə texnikasını tətbiq
edir.
*
Tələb olunan məlumatları toplayır və mühakimə
yürüdür.
*
Sadə eksperimentin nəticələrini qeyd edir,
müxtəlif hadisələri fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Ədədləri, ədədlərin müxtəlif formada
verilməsini, onların arasındakı münasibətləri
tətbiq edir.
1.1.1. Natural ədədləri müqayisə edir və düzür.
1.1.2. Ədəd oxunda natural ədədə uyğun nöqtəni
göstərir.
1.1.3. İki sonlu çoxluğun birləşməsini və
kəsişməsini tapır.
1.2. Riyazi əməlləri, riyazi prosedurları və
onların arasındakı əlaqəni tətbiq edir.
1.2.1. Natural ədədlər üzərində hesab əməllərini
yerinə yetirir.
1.2.2. Natural ədədləri, onluq kəsrləri mərtəbə
vahidlərinə vurma və bölmə qaydalarını tətbiq
edir.
1.2.3. Ədədi ifadənin (mötərizəli ifadələr də
daxil olmaqla) qiymətini tapır.
1.2.4. Məxrəcləri eyni olan kəsrləri toplayır və
çıxır, onluq kəsrlər üzərində hesab əməllərini
yerinə yetirir.
1.2.5. Ədədin hissəsini və faizini tapır.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Natural ədədləri və onluq kəsrləri tələb
olunan mərtəbəyə qədər yuvarlaqlaşdırır.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri
şəkildə ifadə edir və araşdırır.
2.1.1. Həyati situasiyaya uyğun ədədi və ya
hərfi ifadə tərtib edir.
2.1.2. Şifahi söylənilən təklifi natural ədədlər
çoxluğunda bərabərsizlik şəklində yazır.
2.1.3. Verilmiş əşyalar və natural ədədlərin
sırasındakı qanunauyğunluğu müəyyən edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Dəyişənin verilmiş qiymətləri üçün
ifadənin qiymətini tapır.
2.2.2. Natural ədədlər çoxluğunda tənlikləri
həll edir.
2.2.3. Sadə bərabərsizliklərin natural həllərini
tapır.
2.3. Funksiyaları tətbiq edir.
2.3.1. Bəzi kəmiyyətlər arasındakı asılılıqları
düstur (P=4a, P=2(a+b), S=v*t, V= a3, S=a2,
S=a*b və s.) şəklində ifadə edir.
3.Həndəsə
Şagird:
3.1. Həndəsi fiqurların xassə, əlamət və
münasibətlərini tətbiq edir.
3.1.1. Nöqtə, düz xətt, müstəvi, şüa, parça,
bucaq, üçbucaqlı, dördbucaqlı anlayışları ilə
bağlı biliklərini nümayiş etdirir.
3.1.2. Üçbucaqlıların və dördbucaqlıların
perimetrlərini, düzbucaqlının və kvadratın
sahəsini hesablayır.
3.1.3. Sadə simmetrik müstəvi fiqurlarını
tanıyır.
3.1.4. Oxa nəzərən simmetriyanı tapır.
3.1.5. Transporterin köməyi ilə verilmiş bucağı
qurur.
3.2. Sadə həndəsi qurmaları yerinə yetirir.
3.2.1. Dərəcə ölçüsü məlum olan bucağı,
tərəfləri məlum olan düzbucaqlını qurur.
4. Ölçmə
4.1. Ölçmə və hesablama vasitələrindən istifadə
edərək dəqiq və ya təqribi hesablamalar aparır.
4.1.1. Müvafiq ölçü vahidlərini, ölçü alətlərini
və ölçmə texnikasını seçməklə sadə ölçmələri
yerinə yetirir, bir ölçü vahidindən digərinə
keçir.
5. Statistika və ehtimal
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Tələb olunan məlumatları müxtəlif
mənbələrdən toplayır və qeyd edir.
5.1.2. Toplanmış məlumatlar əsasında alınmış
ədədlərin ədədi ortasını tapır.
5.1.3. Cədvəllər əsasında mühakimələr yürüdür.
5.2. Ehtimal əsasında hadisənin başvermə
mümkünlüyünü proqnozlaşdırır.
5.2.1. Sadə eksperimentin mümkün nəticələri
çoxluğunu qeyd edir.
5.2.2. Müxtəlif hadisələri fərqləndirir.
VI SİNİF
VI sinfin sonunda şagird:
*
Tam ədədlər çoxluğunda, kəsr ədədlər çoxluğunda
riyazi prosedurları yerinə yetirir.
*
Sadə cəbri ifadənin qiymətini hesablayır.
*
Birdəyişənli xətti tənliyi və müsbət əmsallı
sadə bərabərsizlikləri həll edir.
*
Düz və tərs mütənasib asılılıqları müəyyən edir.
*
Həndəsi fiqurlar üzərində sadə münasibətləri
tətbiq edir.
*
Koordinat sistemində sadə qurmaları yerinə
yetirir.
*
Həcmin ölçülməsində ölçmə texnikasını tətbiq
edir.
*
Məlumatların təhlili əsasında proqnoz verir.
*
Ehtimallılığına görə hadisələri fərqləndirir,
sınaqların mümkün nəticələrinin sayını müəyyən
edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Ədədləri, ədədlərin müxtəlif formada
verilməsini, onların arasındakı münasibətləri
tətbiq edir.
1.1.1. Tam ədədləri müqayisə edir və düzür.
1.1.2. Tam ədədə uyğun olan nöqtəni koordinat
düz xətt üzərində göstərir.
1.1.3. İki sonlu çoxluğun fərqini tapır.
1.2. Riyazi əməlləri, riyazi prosedurları və
onların arasındakı əlaqəni tətbiq edir.
1.2.1. Tam ədədlər üzərində hesab əməllərini
yerinə yetirir.
1.2.2. Vurma və bölmənin xassələrini tətbiq
edir.
1.2.3. Əməllərin yerinə yetirilməsi qaydasını
gözləməklə ədədi ifadənin (mütləq qiymət işarəsi
altında olan ifadələr də daxil olmaqla)
qiymətini tapır.
1.2.4. Adi və onluq kəsrlər üzərində hesab
əməllərini yerinə yetirir.
1.2.5. Nisbət, tənasüb və faizi müxtəlif
məsələlərin həllinə tətbiq edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Praktik məsələlərin həllində təqribi
qiymətləndirmədən istifadə edir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri
şəkildə ifadə edir və araşdırır.
2.1.1. Şifahi söylənilən ikimərhələli ifadəni
yazılı ifadəyə və əksinə çevirir.
2.1.2. Şifahi söylənilən təklifi tam ədədlər
çoxluğunda bərabərsizlik şəklində yazır.
2.1.3. Verilmiş fiqurlar və tam ədədlərin
sırasındakı qanunauyğunluğu müəyyən edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Dəyişənin verilmiş qiymətləri üçün sadə
cəbri ifadənin qiymətini tapır.
2.2.2. Rasional ədədlər çoxluğunda tənlikləri
həll edir.
2.2.3. Sadə xətti bərabərsizliklərin tam ədədlər
çoxluğunda həllini seçmə üsulu ilə müəyyən edir.
2.3. Funksiyaları tətbiq edir.
2.3.1. Düz və tərs mütənasib asılılıqları
dəyişənlərlə ifadə edir.
3.Həndəsə
Şagird:
3.1. Həndəsi fiqurların xassə, əlamət və
münasibətlərini tətbiq edir.
3.1.1. Müstəvi üzərində düz xətlərin, düz xətlə
çevrənin, çevrələrin qarşılıqlı vəziyyətini
təyin edir.
3.1.2. Çevrə, dairə, sfera və kürə ilə bağlı
sadə məsələləri həll edir.
3.1.3. Sadə simmetrik fəza fiqurlarını tanıyır.
3.1.4. Nöqtəyə nəzərən simmetriyanı tapır.
3.1.5. Bucaqların toplanması xassəsini tətbiq
edərək məchul bucağın qiymətini hesablayır.
3.2. Sadə həndəsi qurmaları yerinə yetirir.
3.2.1. Radiusuna görə çevrəni, tərəflərinə görə
üçbucaqlını qurur.
4. Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən istifadə
edərək dəqiq və ya təqribi hesablamalar aparır.
4.1.1. Beynəlxalq hesablaşmalarda istifadə
olunan əsas ölçü vahidlərini (barel, mil,
farengeyt) tətbiq edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Müəyyən əlamətlərinə görə seçilmiş
məlumatların dəyişməsini xarakterizə edən cədvəl
və ya diaqram qurur.
5.1.2. Toplanmış ədədi məlumatların moda və
medianını tapır.
5.1.3. Məlumatların təhlili əsasında proqnozlar
verir.
5.2. Ehtimal əsasında hadisənin başvermə
mümkünlüyünü proqnozlaşdırır.
5.2.1. Azehtimallı və çoxehtimallı hadisələri
fərqləndirir.
5.2.2. Sınaqların mümkün nəticələrinin sayını
müəyyən edir.
VII SİNİF
VII sinfin sonunda şagird:
*
Rasional ədədlər çoxluğunda münasibətləri tətbiq
edir.
*
Rasional ədədlər üzərində riyazi prosedurları
tətbiq edir və nəticələrin reallığa uyğunluğunu
yoxlayır.
*
Rasional ədədlər sırasındakı qanunauyğunluqları
tətbiq edir.
*
İkidəyişənli xətti tənliklər sistemini və
birdəyişənli müsbət əmsallı xətti bərabərsizliyi
tətbiq edir.
*
Xətti funksiyaların qrafiklərinin qarşılıqlı
vəziyyətini izah edir.
*
Müstəvi üzərində fiqurların konqruyentlik
münasibətlərini tətbiq edir.
*
Pərgar və xətkeşin köməyi ilə sadə həndəsi
qurmaları yerinə yetirir.
*
Ölçmələrdə mütləq və nisbi xətanı tətbiq edir.
*
Verilmiş proqnozların dəqiqliyini yoxlayır, baş
verən hadisədə əlverişli halların sayını müəyyən
edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Ədədləri, ədədlərin müxtəlif formada
verilməsini, onların arasındakı münasibətləri
tətbiq edir.
1.1.1. Rasional ədədləri müqayisə edir və düzür.
1.1.2. Rasional ədədə uyğun olan nöqtəni
koordinat düz xətti üzərində göstərir.
1.1.3. Çoxluqlar üzərində əməllərin xassələrini
tətbiq edir.
1.2. Riyazi əməlləri, riyazi prosedurları və
onların arasındakı əlaqəni tətbiq edir.
1.2.1. Əməllərin yerinə yetirilmə ardıcıllığını
gözləməklə natural üstlü qüvvət daxil olan ədədi
ifadənin qiymətini tapır.
1.2.2. Natural üstlü qüvvətin xassələrini tətbiq
edir.
1.2.3. Natural üstlü qüvvət daxil olan ifadələri
sadələşdirir.
1.2.4. Ədədi ifadələrin qiymətinin tapılmasına
müxtəsər vurma düsturlarını tətbiq edir.
1.2.5. Düz mütənasib və tərs mütənasib
kəmiyyətlərlə bağlı məsələlər həll edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Praktik məsələlərin həllində təqribi
hesablamalar aparır və nəticənin reallığa
uyğunluğunu yoxlayır.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri
şəkildə ifadə edir və araşdırır.
2.1.1. Həyati situasiyaya uyğun xətti tənlik və
ya xətti tənliklər sistemi tərtib edir.
2.1.2. Şifahi söylənilən ikimərhələli təklifi
bərabərsizlik şəklində yazır.
2.1.3. Verilmiş rasional ədədlərin sırasındakı
qanunauyğunluğu müəyyən edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Çoxhədlilər üzərində toplama, çıxma və
vurma əməllərini yerinə yetirir.
2.2.2. Birdəyişənli xətti tənliyi və
ikidəyişənli iki xətti tənliklər sistemini həll
edir.
2.2.3. Modul işarəsi daxilində dəyişəni olan
sadə bərabərsizliklərin həllini seçmə üsulu ilə
müəyyən edir.
2.3. Funksiyaları tətbiq edir.
2.3.1. Xətti funksiyaların qrafiklərinin
qarşılıqlı vəziyyətini müəyyən edir.
3. Həndəsə
Şagird:
3.1. Həndəsi fiqurların xassə, əlamət və
münasibətlərini tətbiq edir.
3.1.1. Müstəvi üzərində bucaqların,
üçbucaqlıların konqruyentliyini müəyyənləşdirir.
3.1.2. Üçbucaqlının əsas elementləri arasındakı
münasibətləri tətbiq edir.
3.1.3. Parçanın, bucağın, bərabəryanlı,
bərabərtərəfli üçbucaqlının simmetriya oxunu
qurur.
3.1.4. Çevirmələrdən (oxa nəzərən, nöqtəyə
nəzərən, dönmə) alınan iki müstəvi fiqurun
konqruyentliyini müəyyən edir.
3.1.5.
300-li
bucaq qarşısındakı kateti hipotenuzla ifadə
edir.
3.2. Sadə həndəsi qurmaları yerinə yetirir.
3.2.1. Pərgar və xətkeşin köməyi ilə sadə
həndəsi qurmaları yerinə yetirir.
4. Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən istifadə
edərək dəqiq və ya təqribi hesablamalar aparır.
4.1.1. Ölçmədə mütləq və nisbi xətanı təyin
edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Məlumatları diaqram, histoqram və ya
qrafik şəklində təqdim edir.
5.1.2. Toplanmış ədədi məlumatların dəyişmə
diapazonunu və kvartillərini müəyyən edir.
5.1.3. Statistik məlumatların əsasında verilmiş
proqnozları yoxlayır və dəqiqləşdirir.
5.2. Ehtimal əsasında hadisənin başvermə
mümkünlüyünü proqnozlaşdırır.
5.2.1. Yəqin hadisə, mümkün olmayan hadisə və
təsadüfi hadisələri fərqləndirir.
5.2.2. Hər hansı hadisə üçün əlverişli halların
sayını müəyyən edir.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
*
İrrasional ədədlər üzərində riyazi prosedurları
tətbiq edir.
*
Kvadrat tənliyi və xətti bərabərsizliyi tətbiq
edir.
*
Qrafiklərin müqayisəsi əsasında situasiyaları
şərh edir.
*
Həndəsi fiqurların münasibətlərini tətbiq edir.
*
Praktik ölçmələri layihələndirir və alqoritmlər
qurur.
*
Statistik məlumatların və qrafiklərin əsasında
proqnoz verir.
*
Proqnoz üzrə gözlənilən nəticələri real
nəticələrlə müqayisə edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Ədədləri, ədədlərin müxtəlif formada
verilməsini, onların arasındakı münasibətləri
tətbiq edir.
1.1.1. İrrasional (kvadrat kök daxil olan)
ədədləri müqayisə edir və düzür.
1.1.2. İrrasional ədədə uyğun olan nöqtəni
koordinat düz xətt üzərində təxmini göstərir.
1.1.3. Çoxluqların birləşməsi və kəsişməsi
xassələrini məsələlər həllinə tətbiq edir.
1.2. Riyazi əməlləri, riyazi prosedurları və
onların arasındakı əlaqəni tətbiq edir.
1.2.1. Mənfi olmayan həqiqi ədədin hesabi
kvadrat kökünün xassələrindən istifadə edərək
kvadrat kök daxil olan ifadələrin qiymətini
tapır.
1.2.2. Tam üstlü qüvvətin xassələrini tətbiq
edir.
1.2.3. Kvadrat kök daxil olan ədədi ifadələri
sadələşdirir.
1.2.4. Müxtəsər vurma düsturlarının köməyi ilə
kvadrat kök daxil olan ifadələrin qiymətini
tapır.
1.2.5. Sadə faiz artımı və mürəkkəb faiz artımı
düsturlarını tətbiq edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Kvadrat kök daxil olan ədədi ifadələri
təxmini qiymətləndirir və aldığı nəticələri
hesablama texnikasının tətbiqi ilə aldığı
qiymətlə müqayisə edir.
2.
Cəbr və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri
şəkildə ifadə edir və araşdırır.
2.1.1. Həyati situasiyalara uyğun kvadrat tənlik
tərtib edir.
2.1.2. Xətti bərabərsizliyə gətirilən sadə
məsələləri həll edir.
2.1.3. Verilmiş həqiqi ədədlərin sırasındakı
qanunauyğunluğu müəyyən edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Tam və kəsr rasional ifadələr üzərində
əməlləri yerinə yetirir.
2.2.2. Kvadrat tənlikləri həll edir.
2.2.3. Birdəyişənli xətti bərabərsizlikləri və
bərabərsizliklər sistemini həll edir.
2.3. Funksiyaları tətbiq edir.
2.3.1. Qrafiklərin müqayisəsi əsasında
situasiyaları şərh edir.
3.Həndəsə
Şagird:
3.1. Həndəsi fiqurların xassə, əlamət və
münasibətlərini tətbiq edir.
3.1.1. Üçbucaqlının və dördbucaqlının
elementlərinin xassələrini tətbiq edir.
3.1.2. Müstəvi fiqurların (üçbucaqlının,
paraleloqramın, rombun, trapesiyanın) sahəsini
hesablayır.
3.1.3. Üçbucaqlıların oxşarlıq əlamətlərini və
dördbucaqlıların simmetriya xassələrini tətbiq
edir.
3.1.4. Müstəvidə vektorlar üzərində əməlləri
yerinə yetirir.
3.1.5. Düzbucaqlı üçbucaqlının tərəfləri ilə
bucaqları arasındakı münasibətləri tətbiq edir.
3.2. Sadə həndəsi qurmaları yerinə yetirir.
3.2.1. Ox simmetriyası və mərkəzi simmetriya
anlayışları əsasında bəzi sadə qurmaları yerinə
yetirir.
4. Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən istifadə
edərək dəqiq və ya təqribi hesablamalar aparır.
4.1.1. Praktik ölçmələri layihələndirir və
alqoritmlər qurur.
5. Statistika və ehtimal
Şagird:
5.1 Statistik məlumatı toplayır, sistemləşdirir,
təhlil və təqdim edir.
5.1.1. Topladığı məlumatların səmərəli təqdimat
üsulunu (diaqram, histoqram, qrafik, piktoqraf,
gövdə və budaqlar diaqramı, dairəvi diaqram)
müəyyənləşdirir.
5.1.2. Məlumatlar çoxluğunun mərkəzə meyillilik
ölçülərini (ədədi orta, moda, median)
hesablayır.
5.1.3. Qrafiklər əsasında proqnozlar verir.
5.2. Ehtimal əsasında hadisənin başvermə
mümkünlüyünü proqnozlaşdırır.
5.2.1. Mühakiməni əsaslandırmaq üçün aparılan
eksperimentin nəticələrini təhlil edir.
5.2.2. Proqnoz üzrə gözlənilən nəticələri real
nəticələrlə müqayisə edir.
IX SİNİF
IX sinfin sonunda şagird:
*
Həqiqi ədədlər üzərində riyazi prosedurları
tətbiq edir.
*
Biri xətti, digəri isə ikidərəcəli olan
tənliklər sistemini, xətti bərabərsizliklər
sistemini və kvadrat bərabərsizliyi həll edir.
*
Kvadrat kök və kub kök daxil olan ifadələrin
təqribi qiymətini tapır və aldığı nəticəni
hesablama texnikasının tətbiqi əsasında aldığı
nəticə ilə müqayisə edir.
*
Müxtəlif situasiyalardakı problemləri cəbri
şəkildə ifadə edir və araşdırır.
*
Funksiya və qrafikləri praktik məsələlərin
həllinə tətbiq edir.
*
Çevrənin uzunluğunu, dairənin sahəsini
hesablayır, düzgün çoxbucaqlıların xassələrini,
həndəsi çevirmələri, müstəvi üzərində
koordinatlar üsulunu,
00-dən
1800-dək
bucaqların triqonometrik funksiyalarının
xassələrini tətbiq edir.
*
Həndəsi çevirmələri qurmaya tətbiq edir.
*
Praktik ölçmələrdə alınan nəticələri yoxlayır və
qiymətləndirir.
*
Statistik məlumatları əlamətlərinə görə
qruplaşdırır və düzgünlüyünü müəyyənləşdirir.
*
Ehtimal əsasında hadisələrin başvermə
mümkünlüyünü proqnozlaşdırır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Ədədləri, ədədlərin müxtəlif formada
verilməsini, onların arasındakı münasibətləri
tətbiq edir.
1.1.1. Həqiqi ədədləri müqayisə edir və düzür.
1.1.2. Həqiqi ədədə uyğun olan nöqtəni koordinat
düz xətti üzərində təxmini göstərir.
1.1.3. Çoxluqların birləşməsi və kəsişməsinin
xassələrini həqiqi ədədlər çoxluğu ilə bağlı
məsələ həllinə tətbiq edir.
1.2. Riyazi əməlləri, riyazi prosedurları və
onların arasındakı əlaqəni tətbiq edir.
1.2.1. n-ci (n >2) dərəcədən kökün xassələrindən
istifadə edərək ifadənin qiymətini tapır.
1.2.2. Rasional üstlü qüvvətin xassələrini
tətbiq edir.
1.2.3. n-ci (n>2) dərəcədən kök daxil olan
ifadələri sadələşdirir.
1.2.4. Müxtəsər vurma düsturlarını n-ci (n>2)
dərəcədən kök daxil olan ifadələrə tətbiq edir.
1.2.5. Praktik məsələlərin (vergilərin
hesablanması, satış qiymətinin dəyişməsi və s.)
həllinə faizi tətbiq edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Kvadrat kök və kub kök daxil olan
ifadələrin təqribi qiymətini tapır və aldığı
nəticələri hesablama texnikasının tətbiqi ilə
aldığı nəticələrlə müqayisə edir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri
şəkildə ifadə edir və araşdırır.
2.1.1. Həyati situasiyalara uyğun tənlik və ya
tənliklər sistemi tərtib edir.
2.1.2. Verilmiş təklifi bərabərsizlik və ya
bərabərsizliklər sistemi şəklində yazaraq həll
edir.
2.1.3. Ardıcıllıqların, ədədi və həndəsi
silsilənin xassələrini məsələ həllinə tətbiq
edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Cəbri ifadələr üzərində eynilik
çevirmələri aparır.
2.2.2. Biri xətti, digəri ikidərəcəli olan
ikidəyişənli tənliklər sistemini həll edir.
2.2.3. Kvadrat bərabərsizliyi həll edir.
2.3. Funksiyaları tətbiq edir.
2.3.1. Funksiya və qrafikləri praktik
məsələlərin həllinə tətbiq edir.
3.Həndəsə
Şagird:
3.1. Həndəsi fiqurların xassə, əlamət və
münasibətlərini tətbiq edir.
3.1.1. Çoxbucaqlıları fərqləndirir, düzgün
çoxbucaqlıların xassələrini tətbiq edir.
3.1.2. Çevrənin uzunluğunu tapır, düzgün
çoxbucaqlının, dairənin sahəsini hesablayır.
3.1.3. Həndəsi çevirmələrin xassələrini tətbiq
edir.
3.1.4. Müstəvi üzərində koordinatlar üsulunu
tətbiq edir.
3.1.5.
00-dən
1800-dək
bucaqların sinusu, kosinisu, tangensi və
kotangensinin xassələrini tətbiq edir.
3.2. Sadə həndəsi qurmaları yerinə yetirir.
3.2.1. Həndəsi çevirmələri qurmaya tətbiq edir.
4. Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən istifadə
edərək dəqiq və ya təqribi hesablamalar aparır.
4.1.1. Praktik ölçmələrdə alınan nəticələri
yoxlayır və qiymətləndirir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Cədvəl, diaqram, histoqram və ya qrafik
şəklində verilmiş məlumatları oxuyub təhlil
edir.
5.1.2. Statistik məlumatları müəyyən əlamətlərə
görə təsnif edir.
5.1.3. Statistik məlumatların düzgünlüyünü
müəyyən edir.
5.2. Ehtimal əsasında hadisənin başvermə
mümkünlüyünü proqnozlaşdırır.
5.2.1. Birləşmənin növlərini fərqləndirir və
ehtimala aid məsələlərin həllində onlardan
istifadə edir.
5.2.2. Ehtimal əsasında hadisələrin baş
vermə mümkünlüyünü proqnozlaşdırır.
X SİNİF
X sinfin sonunda şagird:
*
İrrasional üstlü qüvvətin xassələrini tətbiq
edir, triqonometrik, üstlü və loqarifmik ədədi
ifadələrin qiymətini tapır.
*
Triqonometrik, üstlü və loqarifmik funksiyaların
xassələrini müxtəlif situasiyalardakı
problemlərin həllinə tətbiq edir.
*
Fəza fiqurlarının təsvir, əlamət, xassə və
münasibətlərini səthin sahəsinin tapılmasına
tətbiq edir.
*
Mütləq xətanı, nisbi xətanı səthin sahəsinin
hesablanmasına tətbiq edir.
*
Statistikanın qanunauyğunluqlarının mövcudluğu
haqqında məlumatları şərh edir.
*
İsbat olunan təklifi fərz olunandan
fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Riyazi əməlləri, riyazi prosedurları və
onlar arasındakı əlaqələri tətbiq edir.
1.1.1. İrrasional üstlü qüvvətin xassələrini
tətbiq edir
1.1.2. Triqonometrik, üstlü və loqarifmik ədədi
ifadələri sadələşdirərək qiymətini tapır.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Cəbri çevirmədən müxtəlif situasiyalardakı
problemlərin həllində istifadə edir.
2.1.1. Uyğun eyniliklərdən istifadə edərək
triqonometrik, üstlü və loqarifmik ifadələri
sadələşdirir.
2.1.2. Triqonometrik, üstlü və loqarifmik
funksiyaların xassələrini tənliklər və tənliklər
sisteminin həllinə tətbiq edir.
2.1.3. Triqonometrik, üstlü və loqarifmik
funksiyaların xassələrini bərabərsizliklər və
bərabərsizliklər sisteminin həllinə tətbiq edir.
2.1.4. Funksiyanın monotonluq aralıqlarını və
ekstremum nöqtələrini müəyyənləşdirir.
3. Həndəsə
Şagird:
3.1. Fəza təsəvvürlərindən ətraf aləmdəki
cismlərin təsvirində (çertyoj, şəkil, sxem ) və
hesablamalarda istifadə edir.
3.1.1. Fəzada düz xətlərin və müstəvilərin
qarşılıqlı vəziyyətini məsələlər həllinə tətbiq
edir.
3.1.2. Çoxüzlülərin xassələrini praktik
məsələlərin həllinə tətbiq edir.
4. Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən istifadə
edərək dəqiq və ya təqribi hesablamalar aparır.
4.1.1. Fəza fiqurlarının xassələrini ölçməyə
tətbiq edir.
4.1.2. Çoxüzlülərin səthinin sahəsini tapır.
4.1.3. Ölçmə və hesablama vasitələri ilə
sahələri hesablayır və alınmış nəticələri
müqayisə edərək xətanı müəyyənləşdirir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Statistikanın qanunauyğunluqlarının
mövcudluğu haqqında məlumatları şərh edir.
5.2. Ehtimal əsasında hadisənin başvermə
mümkünlüyünü proqnozlaşdırır.
5.2.1. İsbat olunan təklifi fərz olunandan
fərqləndirir.
XI SİNİF
XI sinfin sonunda şagird:
*
Həqiqi ədədlər üzərində riyazi əməlləri yerinə
yetirir, yığılan həqiqi ədədlər ardıcıllığının
limitini hesablayır.
*
Cəbri triqonometrik, üstlü və loqarifmik
funksiyaların limitini hesablayır.
*
Koordinatlar üsulunu, fırlanma cismlərinin
xassələrini məsələlərin həllinə tətbiq edir.
*
Diferensial və inteqralı sadə məsələlərin
həllinə tətbiq edir.
*
Mütləq xətanı, nisbi xətanı fiqurların həcminin
hesablanmasına tətbiq edir.
*
Mühakimələrini riyazi faktlarla əsaslandırır və
şərh edir.
*
Ehtimalın klassik modelinə əsasən hadisənin baş
verməsini proqnozlaşdırır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Riyazi əməlləri, riyazi prosedurları və
onlar arasındakı əlaqələri tətbiq edir.
1.1.1. Həqiqi ədədlər üzərində riyazi əməlləri
yerinə yetirir.
1.1.2. Həqiqi ədədlər ardıcıllığının yığılan
olub-olmadığını müəyyənləşdirərək onların
limitini hesablayır.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Cəbri çevirmədən müxtəlif situasiyalardakı
problemlərin həllində istifadə edir.
2.1.1. Limitin xassələrini cəbri funksiyaların
limitinin tapılmasına tətbiq edir.
2.1.2. Triqonometrik, üstlü və loqarifmik
funksiyaların limitini hesablayır.
2.1.3. İntervallar üsulu ilə barabərsizlikləri
həll edir.
2.1.4. Funksiyanın araşdırılmasına və yaxın
fənlərin öyrənilməsinə törəməni tətbiq edir.
3. Həndəsə
Şagird:
3.1. Fəza təsəvvürlərindən ətraf aləmdəki
cismlərin təsvirində (çertyoj, şəkil, sxem) və
hesablamalarda istifadə edir.
3.1.1. Koordinatlar üsulunu müxtəlif məsələlərin
həllinə tətbiq edir.
3.1.2. Fırlanma cismlərinin xassələrini praktik
məsələlərin həllinə tətbiq edir.
4. Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən istifadə
edərək dəqiq və ya təqribi hesablamalar aparır.
4.1.1. Müəyyən inteqraldan istifadə edərək
əyrixətli trapesiyanın və digər müstəvi
fiqurların sahəsini tapır.
4.1.2. Düsturlar vasitəsilə çoxüzlülərin həcmini
və müəyyən inteqral vasitəsilə bəzi fırlanma
cismlərinin həcmini tapır.
4.1.3. Ölçmə və hesablama vasitələri ilə alınmış
nəticələri müqayisə edərək xətanı müəyyən edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Mühakimələri riyazi faktlarla
əsaslandırır və məntiqi nəticələri şərh edir.
5.2. Ehtimal əsasında hadisənin başvermə
mümkünlüyünü proqnozlaşdırır.
5.2.1. Ehtimalın klassik modelinə əsasən
hadisənin baş verməsini proqnozlaşdırır.
(Ardı var) |