Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - ¹33

 

Məktəbəqədər təhsil müəssisələrində  yeni dərs ilinə hazırlıq işləri  aparılır

 

Hər il olduğu kimi, bu il də   məktəbəqədər təhsil müəssisələrində  yeni dərs ilinə hazırlıqla  bağlı   xeyli  işlər görülüb və görülməkdə davam edir. Paytaxtın 58 nömrəli uşaq bağçasında  olarkən bunun şahidi olduq.  Belə ki, qrup otaqlarında səliqə-sahman göz oxşayır, qapı-pəncərələr  təmir olunub, guşələr, stendlər təzələnib, uşaqların əl işlərindən ibarət  rəsm sərgisi yenilənib.  Həyətyanı sahə abadlaşıb, asfalt döşənib, ağacların gövdələri ağardılıb, dibçəklərdə  müxtəlif  güllər becərilib, yeni dərs vəsaitləri alınıb.   Bu işlərin görülməsində  tərbiyəçilər  Afiqə Zeynalova, Roza Xəlilova, Həcər Əlhəsənova, Çimnaz Qəmbərova və başqalarının əməyi də az olmayıb. 

Bağçanın müdiri  Xuraman  Səfərova  qeyd etdi ki, müəssisə  1961-ci ildən fəaliyyət göstərir.  2008-ci ildə Təhsil  Nazirliyi tərəfindən  əsaslı təmir olunub. 4 qrupdan ibarət olan  təhsil ocağında balaca fidanlar  planauyğun şəkildə yerləşdirilib.

Bağçada istedadlı uşaqların yetişdiyini vurğulayan  Xuraman Səfərova söhbət zamanı ötən  tədris ilində  məktəbəqədər yaşlı uşaqlar arasında  keçirilən "Bilik, bacarıq və qabiliyyət"  müsabiqəsinin riyaziyyat və  nitq inkişafı üzrə nominasiyalarında Abbas Hüseynzadənin  və Murad Bağırzadənin I yerin sahibi olduqlarını diqqətimizə çatdırdı.  Bildirildi ki, 24 uşaq yaxınlıqda yerləşən 39 nömrəli  orta məktəbə yola salınıb.

***

10 nömrəli körpələr evi-uşaq bağçasında da   bütün qrup  otaqlarında əsaslı  təmir işləri aparılıb. Plastik  pəncərələr, taxta qapılar salınıb, tavan və otaqların divarları ağardılıb, döşəmə parketlə əvəz olunub, elektrik  xətləri dəyişdirilib,  istilik sistemi yenisi ilə əvəz olunub.  Həyətyanı sahədə də geniş abadlıq işləri  aparılıb. 

Təhsil Nazirliyi  və  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bağça mebellər, yataq dəstləri, stolüstü oyunlar, dərs vəsaitləri və müxtəlif  avadanlıqlarla təmin olunub.

Müdir Reyhanə Məcidova   bağçada  əsaslı təmir işlərinin  Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığını söylədi. Yeni dərs ilinədək  təmir  başa çatacaq  və müasir tələblərə cavab verən  təhsil ocağı  balaca fidanların ixtiyarına veriləcək.

***

60 nömrəli  körpələr evi-uşaq bağçasının kollektivi  də  yeni  dərs ilini  böyük ruh yüksəkliyi ilə qarşılamağa hazırlaşır.  Ərazidə və bütün otaqlarda xeyli təmizlik və abadlıq işləri  görülüb. Dəhlizdə uşaqların əl işlərindən ibarət  rəsm sərgisi yenisi ilə əvəz olunub. Qrup otaqlarının divarları ağardılıb, qapı-pəncərələr, döşəmələr rənglənib, həyətyanı sahədə  gül kolları və ağaclar  əkilib, su və elektrik xətləri təmir edilib.

Müdir Bikə Quliyeva  söylədi  ki, bağçada 4 qrup fəaliyyət göstərir.  Ötən dərs ilində istedadlı uşaqları aşkara çıxarmaq məqsədilə qruplar arasında bilik yarışı keçirilib. Qaliblərə kiçik hədiyyələr təqdim olunub. Bağçanın yetirməsi Tuncay Bakı  Şəhəri üzrə  Təhsil İdarəsinin  təşkil  etdiyi  nitq inkişafı nominasiyası üzrə müsabiqədə iştirak edərək  fərqlənib.

Bağçadan bu il  36 nəfər  uşaq  müxtəlif ümumtəhsil ocaqlarına  yola salınıb.

Dövlətimiz uşaqların normal, sağlam böyüməsi,  əsl vətəndaş kimi yetişməsi   üçün hər cür şərait yaradıb.

Təhsil işçilərimiz   isə bu diqqət və qayğıdan  ruhlanaraq  gələcəyin layiqli vətəndaşlarını yetişdirməyə səylə çalışırlar. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov