Təhsil
Nazirliyindən aldığımız məlumata görə,
2011-2012-ci dərs ilində ölkənin ümumtəhsil
məktəblərinin I sinfinə 124274 şagirdin qəbul
olunacağı gözlənilir. Məlumatda bildirilir ki,
2010 - 2011-ci dərs ilində ölkə üzrə I sinif
şagirdlərinin sayı 120420 nəfər olub.
2009-2010-cu tədris ilində isə bu göstərici
118947 nəfər olmuşdur.
Yeni dərs
ilində Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin
I sinfinə 33464 şagirdin qəbulu gözlənilir. Ötən
tədris ilində bu rəqəm 32812 nəfər olub.
Məlumat üçün
bildiririk ki, təhsil nazirinin müvafiq əmri ilə
təsdiq olunmuş "Qaydalar"a əsasən, ümumtəhsil
məktəblərinə, bir qayda olaraq, hər il
sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və
fizioloji cəhətdən sağlam uşaqlar qəbul
edilirlər. 6 yaşı sentyabrın 15-dən oktyabrın
sonunadək tamam olmuş uşaqlar məktəbdə
yaradılmış komissiyanın rəyi əsasında vaxtından
əvvəl I sinfə qəbul edilirlər. Noyabr ayı
ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə
fərqlənən uşaqların vaxtından əvvəl I sinfə
qəbuluna isə avqustun əvvəlindən sentyabrın
10-dək Təhsil Nazirliyində yaradılmış komissiya
tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.
Şakir CƏFƏROV |