Gənclər üçün
Təhsil Mərkəzi (GTM) "Azərbaycanın təhsil
kataloqu"nu hazırlayır. GTM-dən AzərTAc-a
bildirmişlər ki, ölkədə ilk dəfə hazırlanacaq
kataloqun əsas məqsədi təhsillə əlaqədar olan
bütün qurumlar, onların fəaliyyətləri və təklif
etdikləri xidmətlər, əlaqə vasitələri və s.
haqqında daha rahat məlumat əldə etməkdir.
Kataloqda
yalnız təhsil müəssisələri deyil, eyni zamanda
təhsil sahəsi ilə bağlı olan QHT və KİV-lər,
kommersiya şirkətləri və kurslar haqqında
informasiyalar da yer alacaqdır.
Mərkəzin
informasiya bölməsindən verilən məlumata görə,
kataloqun hazırlanması üçün 7 nəfərlik işçi
qrupu yaradılmış və onlar bu sahədə müvafiq
işlərə başlamışlar. Cari ilin sonunadək
tamamlanması nəzərdə tutulan kataloq pulsuz
paylanacaqdır. |