Təhsil
Nazirliyindən bildirmişlər ki, "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq, ötən dərs ilində 27
min təhsil işçisi informasiya-kommunikasiya
texnologiyalarının (İKT) tətbiqi üzrə müxtəlif
təlim kurslarından keçmişdir.
Bundan əlavə,
180 ümumtəhsil məktəbi
nə ümumilikdə
1733 kompüter, 148 məktəbə 402 noutbuk, 14
məktəbə 1500 netbuk, 155 məktəbə 403 proyektor,
23 məktəbə 30 printer verilmişdir. Azərbaycan
Təhsil Şəbəkəsinə qoşulmuş ümumi təhsil
müəssisələrinin sayı 503-dən 1100-ə
çatdırılmışdır.
Bu işlərin
2011-2012-ci dərs ilində də davam etdirilməsi
nəzərdə tutulur. |